Mentalitet cərimələri

Qucaq qanunu

Source:

Hörmətli Məclis üzvləri, əvvəla sizin məclisdə Siyavuş Novruzovun qanun layihəsi verməyə hüququ varsa, mənim niyə belə hüququm olmasın? O gün Siyavuş müəllimə küçədə sual verirlər ki, “Hansı hüquqlarınızı bilirsiniz?”, Siyavuş müəllim cavab verdi ki, “Özüm də hüquqşünasam, çox hüquqlarımı bilirəm.” Məncə belə cavab verən adamın təkliflərini nəzərə almaqdansa, biz gənclərin təklifləri daha yaradıcı olar.

Mən özüm də hüququ bitirmişəm, ali təhsilli oğlanam, maraqlı təkliflər edim, siz özünüz dəyərləndirərsiniz. 125 nəfər oturubsunuz məclisdə, heç kreativ təkliflər verə bilmirsiniz büdcəni doldurmaq üçün. Təkliflərim cərimələrlə bağlı olacaq. Ümid edirəm nəzərə alıb, tətbiq edərsiniz, xalqımıza da, sizə də xeyirli olar, büdcə kəsirləri də bağlanar, heç basıb yeyelən pullar da gözə görünməz.

İlk cərimə təklifim “mentalitet cərimələridir”. Bu cəriməni tətbiq etsəniz, büdcə nəinki dolacaq, hələ sizin yeməyiniz üçün əlavə pul da gələcək. İtaliyada görmüşəm, ictimai nəqliyyatda qızlar sevgililərinin qucağında oturur. Məsələn, bizdə də cərimə tətbiq edə bilərsiniz ki, sevgilisinin qucağında oturmayan qızlar 400 manat cərimə olunsun.

Bu qanunu qəbul etməklə həm mentaliteti məhv edəcəksiniz, həm ictimai nəqliyyatda sıxlıq problemi aradan qalxacaq, həm ictimai nəqliyyatın xeyli sürücü, maşinistini işdən çıxara biləcəksiniz, çünki sıxlıq azalacaq, həm də avtobuslarımız və metrolarımız daha maraqlı və sevgi dolu olacaq. Ictimai nəqliyyatımız qaramatdır onsuz, hamının üzündən zəhrimar yağır, bəlkə bu yolla sevgililərin üzündə gülüş yaranar.

İkinci təklifim yataq otaqlarında cütlüklərin hərəkət seçimi ilə bağlıdır. Onsuz da kimin istəyirsiniz yataq otağına kamera yerləşdirib, videolarını saytlarınızda yayırsınız. Bunu həm leqallaşdırmaq, həm də daha kreativ üsulla büdcəni doldurmaq olar. Məsələn, qanun qəbul edin ki, hər kəs yataq otağına kamera qoymalıdır, qoymayanlar cərimə olunsun, bir də əsas məsələ poza seçimidir.

Müəyyən şəkil tətbiq edin, bu hərəkətlərdən artıq hərəkət edənlər də cərimə olunsun. Bu qanunda həm də deputatlardan biri babat pul qazana bilər. Məsələn, birinin bacısı oğlu bir kamera şirkəti açar, bazarda ancaq onun kamera satmaq hüququ olar. Necə gözəl təkliflərdir, həm sizin yeməyinizi təmin edir, həm də büdcəni doldurmağa davam edirik.

Hələlik, çox uzatmaq istəmirəm bu qanun layihəmi, beyniniz qarışmasın. Siz bu qanunları qəbul edin bu həftə, növbəti həftələrdə yeni layihələrimi verəcəm. Sonda demək istəyirəmki, siz çox əyləncəli Məclissiniz. Məclisdəki hərkəs hansısa bir komediya filminin prototipini xatırladır.

Azərbaycan ədəbiyyatı üçün hazır obrazlarsınız, amma yazarlarımızın yaradıcılıq həvəsi də ölüb, istifadə etmirlər sizdən. Neftin qiyməti düşdükcə məclisimiz daha da şənlənəcək, buna əminəm. Gələn yeyib-içməklərdə görüşmək ümidi ilə. Qanun layihələrimin davamı olacaq…


Yazı müəllifin şəxsi mövqeyini ifadə edir…

Ana səhifəMənim FikrimcəMentalitet cərimələri