Mənimsəmədə təqsirləndirilən bank işçiləri məhkəmə zalından azadlığa buraxılıb

”Atrabank” ASC avqustun 16-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Qərardadı ilə müflis elan olunub

Source:


”Atrabank” ASC avqustun 16-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Qərardadı ilə müflis elan olunub

Avqustun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Turan Əliyev, Məzahir Bağırov və Yasəmən Dəmirçinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə onların barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. T.Əliyev, M.Bağırov və Y.Dəmirçi məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslər “Atrabank”ın əməkdaşları olublar. Onlar bankın 200 min manat məbləğində pulunu mənimsəməkdə təqsirli biliniblər.

T.Əliyev, M.Bağırov və Y.Dəmirçi Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham olnublar.

“Atrabank” ASC avqustun 16-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Qərardadı ilə müflis elan olunub.

Ana səhifəXəbərlərMənimsəmədə təqsirləndirilən bank işçiləri məhkəmə zalından azadlığa buraxılıb