”Mənim qazımı xarici dövlətlər yandırır”

Xocahəsən qəsəbəsində 10 günə yaxındır qaz gəlmir. Sakinlər deyir ki, səhərdən kəsilən qaz bir də axşam 6-dan sonra verilir. O zaman da təzyiqi aşağı olur, nə yemək bişirə, nə də çay qızdıra bilirlər.

Sakinlər bildirirlər ki, qaz olmadığına görə evi isitmək üçün işıqdan daha çox istifadə edirlər. Buna görə də əlavə xərcləri çıxır.

Qəsəbədə işləyən podratçı şirkət “Təmiz Qaz” MMC-nin əməkdaşı deyir ki, ərazidə olan sayğacları qaz sızmasının qarşısını almaq üçün təmir edirlər. Buna görə də qaz kəsilir. Qəsəbədə 12 minə qədər abunəçidən 5 minə yaxınının sayğacını təmir ediblər. Amma qəsəbənin fasiləsiz qazla nə vaxt təmin olunacağını şirkət əməkdaşı bilmir.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev deyir ki, maraqlanıb, Həmid Sultanov küçəsində qaz gəlir.

Sakinlər isə qaz balonlarının ümidinə qalıblar. Hər ay bunun üçün 20 manat pul ödəyirlər.

Ana səhifəVideo”Mənim qazımı xarici dövlətlər yandırır”