“Mənə imza verənlərə total təzyiqlər başlayıb”

“Təzyiqlərin arxasında müdafiə sənayesi naziri Yavər Camalov və onun qardaşı, Şivan şəhər icra başçısı Mərdan Camalov dayanır”

Source:


“Təzyiqlərin arxasında müdafiə sənayesi naziri Yavər Camalov və onun qardaşı, Şivan şəhər icra başçısı Mərdan Camalov dayanır”

46 saylı Şirvan şəhər seçki dairəsindən Müsavat Partiyasının deputatlığa namizədi, başqan müavini Elman Fəttaha imza verən seçicilərə təzyiqlər başlayıb.

Məlumatı Meydan TV-yə namizədliyə iddialı Elman Fəttah verib. O, hesab edir ki, bu imza verənlərin imzalarından kütləvi imtina kampaniyasının arxasında  nazir və onun icra başçısı olan qardaşı dayanır: “İmza verən şəxslər zəng edib üzrxahlıq edir və təzyiqlərin birbaşa müdafiə sənayesi naziri Yavər Camalovun nəzarəti ilə onun qardaşı, Şivan şəhər icra başçısı Mərdan Camalov tərəfindən göstərildiyini bildirirlər. İndiyə kimi 100-ə qədər şəxsə imzasından imtina etmək üçün təzyiq edilib və imtina ərizələri yazdırılıb”.

Oxşar təzyiqlərlə müsavatçı namizədlər Xaçmaz rayonunda da qarşılaşmışdılar.

Ana səhifəXəbərlər“Mənə imza verənlərə total təzyiqlər başlayıb”