”Mən tanrının unudulan uşağı olmaq istəmirəm”

21 yaşı var, müxtəlif media orqanlarında qısamüddətlik də reportyor kimi fəaliyyət gostərib, Bakı Jurnalistika Məktəbində 3 aylıq jurnalistika təlimini alıb, amma ali təhsili yoxdur.

Lalə Abbaslı dəfələrlə xarici ölkələrin birində oxumaq istəsə də, arzusu ürəyində qalıb. Səbəb isə onun qız olmasıdır: “Hər dəfə “olmaz” deyirdilər. Qız uşağının yad ölkəyə tək getməsini normal qarşılamırdılar. Buna baxmayaraq, hər il cəhd edirdim və nəhayət, ailəmi razı salmışam, Çexiyadakı universitetlərin ikisindən müsbət cavabı da almışam. Universitetlərin birində ödəniş digərindən daha az idi. Amma səfirlik daha bahalı olan universitet üçün viza verir, ucuz olana yox. Mənə yalnız bir seçim qalır, buna isə maddi baxımdan gücüm çatmır”. Lalə Abbaslı ümidini üzməyib, pul yığmaq üçün öz kitablarını satışa çıxarıb, yetməyib dostlarından artıq oxumadıqları kitabları istəyib. Daha sonra Facebook vasitəsilə elan verib, kitab satışına yardim istəyib: “Şəxsi profilmdə status yazdım ki, oxuyub bitirdikləri kitabları satmaq üçün mənə verməklə yardım etmiş olsunlar. Bunu bir çox dost paylaşım etdil və sağolsunlar bir çox adam mənə kitab hədiyyə etdi. Həmçinin kitab almaq istəyənlər də mənimlə əlaqə saxladılar. Gün ərzində kitab hədiyyə edən və satın almaq istəyənlər olur. Ya Facebook üzərindən, ya zənglə danışırıq, yer təyin edib kitabları çatdırıram, yaxud da mən götürürəm. Bu addımıma pis baxanlar da oldu. “Dİlənçi” dedilər, “təkbaşına xaricdə nə var” deyən oldu, hətta “yiyəsiz” dedilər. Buna baxmayaraq, mən vaz keçməyəcəm”.

Ən sevdiyi kitabını da satan Lalə elə türkcə oxuduğu o kitabdan sitat gətirərək sözünü bitirir: “Hayat bir piyanqodur, şanslı olan kazanır, şanşsız olan tanrının unutulmuş çocuğudur. Mən tanrının unudulan uşağı olmaq istəmirəm”.

Yardım etmək istəyənlər:

AccessBank: 260300000000386157
Banka of Baku: 380100001551334İ55
Portmanat hesabı: 944558576240 (şəhərdəki bütün paypointlərdən yükləmək olur)


Kanalımıza abunə ol



https://goo.gl/TcM9Fm

Ana səhifəVideo”Mən tanrının unudulan uşağı olmaq istəmirəm”