Tural Mustafayev baş prokurora Xədicə İsmayıldan şikayətçi olmadığı barədə ərizə yazdı
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın həbsinə səbəb olan Tural Mustafayev baş prokuror Zakir Qaralova Xədicə İsmayıldan şikayətçi olmadığı barədə ərizə yazıb.
Tural Mustafayevin özünün Facebook səhifəsində Zakir Qaralova ünvanladığı ərizənin mətnini yayıb:
“Cənab baş prokuror Zakir Qaralov. Yazıb sizdən xahiş edirəm ki, 25 noyabr 2014-cü ildə ərizə yazaraq Xədicə İsmayılovadan şikayət etmişdim. İndi mən İsmayılova Xədicə Rövşən qızından şikayətçi deyiləm. Səmimi olaraq barışmaq istəyirəm. Şikayətçi olmağım həmin vaxt psixoloji durumumda problemlərlə, keçirdiyim əsəb gərginliyi ilə bağlı olub. Hazırda özümü sağlam hiss edirəm, ərizəmi özüm heç bir təsir olmadan yazıram.
Cənab prokuror, 26 noyabr 2014-cü ildə, yəni çikayət ərizəsini yazandan bir gün sonra mənim ölkədən çıxışıma qadağa qoyulub. Xahiş edirəm ki, mənim ölkədən çıxışıma qoyulan qadağa götürülsün”.