Mənbə: Meydan tv

“Mən inanmıram ki, 190 manatla kimsə dolansın”.

“Mən inanmıram ki, 190 manatla kimsə dolansın”.

Bu sözləri 7 ildir saç ustası kimi çalışan Cəlair Həsənov deyir:

“İş yeri olmayan insanlara 190 manat verilsə də, bununla 1 ay ərzində dolanmaq çox çətindir. Bunun kommunalı, yeməyi var. Ailəsi olanlar var, evində xəstəsi olanlar var. Onlar bəs necə dolanmalıdır?”

Onun sözlərinə görə, karantin rejimindən qabaq işləri qaydasında olsa da, hazırda müştəri qıtlığı var.

Çünki gözəllik salonları fəaliyyətə başlasa da, hələ müştəri az gəlir. Bu da bir bərbər kimi onun maddi durumuna təsir edib:

“Pandemiyadan qabaq işlərimiz yolunda gedirdi. Bir müddətdən sonra işlər zəiflədi, daha sonra iş yerimiz də bağlandı. Müştərilərin gedib-gəlməsi o biri dövrə baxanda çox azalıb, əməlli başlı özünü göstərib”.

O deyir ki, karantinin ilk aylarında kreditlə bağlı güzəşt olunsa da, hazırda maddi dəstək yoxdur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/k2zo55

Ən çox baxılan