”Mən də Azərbaycan vətəndaşıyam” (VİDEO)

Rəvanın 24 yaşı var. Amma gəncliyi məhkum olduğu arabada keçir. Dediyinə görə, bir yaşı olanda həkimlər onurğasından maye götürüblər, elə onun nəticəsində də yerişini itirib.

Anası dünyasını dəyişəndən sonra isə bütün yükü atası Qəhrəman Əmişovun üstünə düşüb: “24 ildir ki, xəstəxanalarda əsir-yesirəm. Hər yerə qucağımda aparıram”.


Ata deyir ki, Əlillərin Bərpa Mərkəzində qeydiyyatda olsa da, müalicə oluna bilmir. Onun sözlərinə görə, iki aydır göndəriş almasına  baxmayaraq, gələn ilin dekabrına qədər gözləməli olduqlarını deyiblər. Əlillərə olan laqeydlikdən şikayətlənən ata Rəvana verilən əlil arabasının da yararsız halda olduğunu, yenisinin verilmədiyini deyir.  Cətinlikə danışan Rəvan da öz  problemlerini sadalayır: “Dövlətin əlində nədir ki, ildə iki dəfə mənim müalicəm olunmur? Mən də axı Azərbaycan vətəndaşıyam”.


Ata deyir ki, dəfələrlə  müxtəlif dövlət orqanlarından kömək istəsələr də, yardım edən olmayib.  Meydan TV vasitəsilə kömək istəyən Rəvan Əmişov Prezidentə murazciət edib.


[YARDIM ETMƏK İSTƏYƏNLƏR ÜÇÜN HESAB NÖMRƏSİ – AZ90BRESOO381184001051271802 ]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev idə deyir ki, heç bir əlilliyi olan şəxsə “sizi qəbul etmirik” deyilmir: “Onlara deyilib ki 800 adam Əlillərin Bərpa Mərkəzində müalicə üçün növbəyə yazılıb. Bu adamların da hamısı Qarabağ əlilidir, şəhid ailəsidir, hamısı əlil adamlardır. Növbə gözləyirlər. Kimisə çıxarıb Əmişovu qabağa çəkə bilmərik. Ona deyilməyib ki, gələn ilin dekabrında gəlsin, deyilib ki, burda 50 çarpayılıq yer var, bir müalicə kursu 14-18 gün keçirilir. Hamı da növbəli şəkildə qəbul olunur. Bizim Şağanda da müalicə müəssisəmiz var. Ona təklif olunub ki, növbəsi çatana kimi müvəqqəti orada yerləşdirək. Növbəsi çatanda bura da gələ bilər. Hər ikisində yüksək keyfiyyətli müalicə kursları keçirilir. Sadəcə burda aparatlar daha yeni olduğundan növbəyə yazılanlar çoxdur.

Ana səhifəVideo”Mən də Azərbaycan vətəndaşıyam” (VİDEO)