Məmur oğlu qəza törətdi

11 yaşlı oğlan yolu keçərkən onu “Mitsubishi” markalı avtomobil vurub

Source:
Şərti foto
Şərti foto


11 yaşlı oğlan yolu keçərkən onu “Mitsubishi” markalı avtomobil vurub

Masallıda avtomobil 11 yaşlı oğlanı vurub. Hadisə parklardan birinin qarşısında qeydə alınıb.

Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu “Mitsubishi” markalı avtomobil vurub.

Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov APA-nın müxbirinə hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib.

Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Fakt araşdırılır.

Ana səhifəXəbərlərMəmur oğlu qəza törətdi