Məmməd İbrahimin səhhətində problem yaranıb

”Siqaret çəkmədiyimdən siqaret tüstüsü gözlərimdə problem yaradıb. Eləcə də böyrəyimdə kəskin ağrılar var”

Source:
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim


”Siqaret çəkmədiyimdən siqaret tüstüsü gözlərimdə problem yaradıb. Eləcə də böyrəyimdə kəskin ağrılar var”

Fevral 29-da Nərimanov Rayon Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin məhkəmə prosesi davam edib.

Bu haqda vəkil Yalçın İmanov bildirib.

Prosesdə ittiham tərəfinin sonuncu şahidi Anar ismayılov ifadə verib.  O, öz ifadəsində M.İbrahimin hec kimə xəsarət yetirmədiyini və bir kimsəni təhqir etmədiyini deyib. Həmçinin hadisə yerində Məmməd İbrahim, Mikayıl Quliyev, Elçin Çükürlü, Aqşin Əli, Vüqar Abbasovdan başqa hec kəsin olmadığını bildirib.

Daha sonra ekspert məhkəmədə əlavə şahid kimi dindirilib və müdafiə tərəfinin suallarını cavablandırmaqda çətinlik çəkib.

Vəkil Y.İmanov şahidlərin dindirilməsi prosesinin başa çatdığını, M.İbrahimin səhhətindəki problemləri nəzərə alaraq ev dustaqlığına buraxılması barədə  vəsatət verib. M.İbrahim də vəsatəti müdafiə edərək saxlama yerindəki dözülməz şəraitdən danışıb. “Kiçik bir yerdə 20 nəfərdən çox adam saxlanılır. Siqaret çəkmədiyimdən siqaret tüstüsü gözlərimdə problem yaradıb. Eləcə də böyrəyimdə kəskin ağrılar var”, – o bildirib.

Müşavirəyə gedən hakim təxminən yarım saatdan sonra qayıdaraq vəsatətin təmin olunmadığını bildirib. Digər bir vəsatət isə Nərimanov Rayon Polis İdarəsinin qeydiyyat kitabının məhkəmə baxışına təqdim edilməsi barədə olub. Bu vəsatətin verilməsini vəkil cinayət işinin ağırlaşdırılması üçün sonradan ora əlavə materialların daxil edilməsi ilə əsaslandırib. Vəsatət təmin olunub. Növbəti proses martın 7-də davam edəcək.

2015-ci il sentyabrın 30-da M.İbrahimə qarşı xuliqanlıq maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.



contact.az

Ana səhifəXəbərlərMəmməd İbrahimin səhhətində problem yaranıb