Məmməd İbrahimin məhkəməsi başlayıb

Vəkilin vəsatətləri təmin olunmayıb

Məmməd İbrahim. Foto: arxiv
Məmməd İbrahim
Məmməd İbrahim


Vəkilin vəsatətləri təmin olunmayıb

Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyilə AXCP Rəyasət Heyətinin üzvü, həbsdən buraxılmasına iki gün qalmış yatağından bıçaq tapıldığı iddia olunan Məmməd İbrahimin məhkəməsi başlayıb.

Noyabrın 19-da məhkəmənin hazırlıq iclasında M.İbrahimin vəkili Cavad Cavadov hüquqlarını müdafiə etdiyi şəxsin dəmir barmaqlıqlar arasından çıxarılaraq, onun yanında əyləşməsinə icazə verilməsi; hökmə qədər ev dustaqlığına buraxılması; 16 saylı cəzaçəkmə yataqdan bıçaq tapılmasına dair aktın sübutlar siyahısından çıxarılması və məhkəmədə audio-videoyazıya şərait yaradılması barədə vəsatətlər qaldırıb.

Vəsatətlərin heç biri təmin olunmayıb.

Məhkəmədə M.İbrahim çıxışında səhhətində problemlər olduğunu bildirib. O, xüsusən gözlərindəki problemlərdən əziyyət çəkdiyini söyləyib. Qeyd edib ki, gözlərinin birində avqust ayında əməliyyat keçirilsə də, hazırda hər iki gözündə problem var. Həm görməsi çox zəifləyib, həm də kəskin ağrılar yaranıb. Bu üzdən də məhkəməsinin qısa müddətdə yekunlaşmasını xahiş edib.

M.İbrahimin işi üzrə məhkəmə baxışı noyabrın 28-nə təyin olunub.

M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. Bu cəzanın başa çatmasına iki gün qalmış barəsində Cinayət Məcəlləsinin 317-2.1 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi başlanıb. Haqqında yenidən iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı İstintaq Təcridxanasında saxlanılır.

Cinayət Məcəlləsinin 317-1.2 maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub

Ana səhifəXəbərlərMəmməd İbrahimin məhkəməsi başlayıb