Məmməd İbrahimin ”kars”a salındığı bildirilir

Oğlu: “Guya atamın yastığının altından bıçaq çıxıb”

Source:
Məmməd İbrahim
Məmməd İbrahim


Oğlu: “Guya atamın yastığının altından bıçaq çıxıb”

AXCP sədrinin müşaviri, 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Məmməd İbrahimin “kars”a salındığı deyilir. Bu barədə onun oğlu Turan İbrahim öz “Facebook” səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, atasının yastığının altından bıçaq tapıldığı iddia olunur:

“Azadlığa çıxmağına iki gün qalmış təxribatla məşğuldurlar”.

Məmməd İbrahim Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (xuliqanlıq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) ilə 2015-ci ilin 30 sentyabrında saxlanılıb.

Məmməd İbrahim 15 mart 2016-cı il tarixdə Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun hökmü ilə 3 il müddətinə azadlıqdan məhrub edilib. Bakı Apelyasiya Məhkəməsi (sədrlik edən hakim Əflatun Qasımov) isə 13 may 2016-cı il tarixdə bu hökmü qüvvədə saxlayıb.

M.İbrahim gözündən əziyyət çəkir. Yaxınları onun görmə qabiliyyətinin zəiflədiyini, buna görə əməliyyata ehtiyacı olduğunu

deyirlər

.

Lakin Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov qorxulu heç nə olmadığını

bildirib

.

Ana səhifəXəbərlərMəmməd İbrahimin ”kars”a salındığı bildirilir