”Məmməd İbrahimin cinayət işi saxtalaşdırılır”

“Oruc Vəliyevin bölməyə 1 oktyabrda ərizə ilə müraciət etdiyi, onun barəsində 3 oktyabrda məhkəmə-tibb ekspertizası təyin edildiyi, 5 oktyabrda həmin rəyin istintaqa daxil olduğu, həmin gün M.İbrahimin əməlinin CM-nin 221.1-ci maddəsindən 221.2.2-ci maddəsinə tövsif edildiyi göstərilir”

Source:
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim


“Oruc Vəliyevin bölməyə 1 oktyabrda ərizə ilə müraciət etdiyi, onun barəsində 3 oktyabrda məhkəmə-tibb ekspertizası təyin edildiyi, 5 oktyabrda həmin rəyin istintaqa daxil olduğu, həmin gün M.İbrahimin əməlinin CM-nin 221.1-ci maddəsindən 221.2.2-ci maddəsinə tövsif edildiyi göstərilir”

”AXCP sədrinin müşaviri M’mm’d İbrahimin cinayət işi üzrə bütün materialların saxtalaşdırıldığı, onun əvvəlcə Cinayət Məcəlləsinin 221.1-ci maddəsiylə cinayət məsuliyyətinə cəlb edilib, haqqında həbs qərarı seçildiyini, sonradan cinayət məsuliyyətinin ağırlaşdırılması üçün saxta sübutlar toplanıldığını, cinayət işinin bütün materiallarının saxtalaşdırıldığını dəfərlərlə bildirmişik və bununla bağlı xeyli sübutları məhkəməyə təqdim etmişik”.

Bu fikirləri öz Facebook səhifsində Məmməd İbrahimin vəkili Yalçın İmanov yazıb.

Vəkil bildirib ki, cinayət işinin materiallarına görə zərərçəkmiş şəxs Vəliyev Oruc Gülməmməd oğlu 01 oktyabr 2015-ci ildə Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət edib, Məmməd İbrahimin onun sinəsindən yumruqla vurub, təhqir etdiyini bildirib. Məmməd İbrahim bütün istintaq boyu və məhkəmədə Oruc Vəliyevi tanımadığını, onun üzünü ilk dəfə üzləşdirmə istintaq hərəkəti zamanı gördüyünü deyib. 29 fevralda keçirilən məhkəmə prosesində müdafiə tərəfi Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə sorğu ilə müraciət edib, həmin bölmədən məlumatların qeydiyyatı kitabının məhkəməyə gətirilərək cinayət prosesi tərəflərinin birgə iştirakıyla ona baxış keçirilməsi barədə vəsatət vermiş və vəsatət təmin edilmişdi. Martın 7-də Nərimanov RPİ-nin 18-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Hikmət Usubovun imzası ilə məhkəməyə daxil olmuş məktubda deyilir ki, “sizin şifahi sorğunuza əsasən 15.07.2015-ci il tarixdən vətəndaşların ərizə və şikayətləri kitablarda qeydiyyatda alınmayaraq kompüterdə qeydiyyatı aparılır. Vətəndaş Vəliyev Oruc Gülməmməd oğlu 05.10.2015-ci il tarixdə 18-ci polis bölməsinə ərizə ilə müraciət etmiş və onun müraciəti kompüterdə qeydiyyata alınmışdır”. Halbuki, cinayət işinin materiallarında Oruc Vəliyevin bölməyə 01 oktyabrda ərizə ilə müraciət etdiyi, onun barəsində 03 oktyabrda məhkəmə-tibb ekspertizası təyin edildiyi, 05 oktyabrda həmin rəyin istintaqa daxil olduğu, həmin gün M.İbrahimin əməlinin CM-nin 221.1-ci maddəsindən 221.2.2-ci maddəsinə tövsif edildiyi göstərilir”.

Ana səhifəXəbərlər”Məmməd İbrahimin cinayət işi saxtalaşdırılır”