Məmməd İbrahim Razi Nurullayevlə birgə olan Mikayıl Quliyevin ifadəsi əsasında saxlanılıb
Sentyabrın 30-da AXCP sədrinin müşaviri Məmməd İbrahimə Cinayət Məcəlləsinin 221.1. (xuliqanlıq) maddəsi ilə cinayət işi açıblar. Məlumatı Meydan TV-yə AXCP sədrinin müavini Gözəl Bayramlı Facebook səhifəsində yayıb.
Sentyabrın 29-da Məmməd İbrahim Razi Nurullayevlə birgə olan Mikayıl Quliyevin ifadəsi əsasında 18-ci polis bölməsinə aparılmışdı. Sonradan ondan izahat alınaraq sərbəst buraxıldı. Bu gün yenidən AXCP sədrinin müşaviri bölməyə çağrılıb.