Məmməd İbrahim

Mənbə: Foto: Meydan TV

Başlıq: Məmməd İbrahim

Məmməd İbrahim saxlanılıb

Asif Yusifli: “Bizi çayxanadan apardılar”

AXCP Rəyasət Heyətinin üzvləri Məmməd İbrahim və Asif Yusifli Xocalı abidəsinin ziyarətindən 1 saat sonra saxlanılıb.

Məlumatı Meydan TV-yə Asif Yusifli verib.

Bildirib ki, onları “Xətai” metrostansiyasının yaxınlığındakı çayxanadan aparıblar:

“Bizi aparmazdan əvvəl Məmməd İbrahimin böyrəyində ağrılar başladı və o, xəstəxanaya getmək istədiyini dedi. Onun böyrəyində daş olduğundan müalicə olunur. 5 nömrəli xəstəxanaya getmək istəyəndə bizi saxladılar və 37-ci Polis Bölməsinə apardılar”.

Asif Yusifli polislərin onlarla çox sakit davrandıqlarını deyib:

“Məmməd bəyi ayrı maşında apardılar, ardınca həkim gəldi, ancaq ona qədər telefonunu almışdılar. Ondan telefonun kodunu istədilər, vermədiyi üçün alındı”.

Asif Yusiflini buraxsalar da, Məmməd İbrahim saxlanılıb. Asif Yusiflinin sözlərinə görə, fevralın 27-də səhər saat 10-da Xətai Rayon Məhkəməsində Məmməd İbrahimin məhkəməsi olacaq.

Məmməd İbrahimə qarşı 2015-ci il sentyabrın 30-da Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi açılıb. O, 3 il azadlıqdan məhrum edilib.

2018-ci ildə azad olmağına bir gün qalmış, ona yeni cinayət işi acılıb və həbs müddəti 5 ay 20 gün artırılıb. 2019-cu il fevralın 13-də Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qərarından verilən apelyasiya ərizəsinə baxılıb. Cəzası 1 ay 6 gun azaldılaraq azad edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vsgn9z

Ən çox baxılan