Məmməd İbrahim barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildi

Vəkil Yalçın İmanov: O qədər gözlənilməz qərardır ki, qiymət vermək də çətindir

Source:


Vəkil Yalçın İmanov: O qədər gözlənilməz qərardır ki, qiymət vermək də çətindir

Oktyabrın 3-də Nərimanov Rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə AXCP sədrinin müşaviri Məmməd İbrahim barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumatı Meydan TV-yə vəkil Yalçın İmanov verib.

Vəkil məhkəmə qərarını qanunsuz və əsassız hesab edib: “O qədər gözlənilməz qərardır ki, qiymət vermək də çətindir. 221.1 maddəsi ilə heç kim barəsində istintaq dövründə həbs qətimkan qərarı seçilmir. Çünki bu maddə ilə 1 il azadlıqdan məhrumetmə olursa, şəxsin barəsində həbsqətimkan tədbiri seçilmir”.

Sentyabrın 30-da haqqında Cinayət Məcəlləsinin 221.1. (xuliqanlıq) maddəsi ilə cinayət işi açılan AXCP sədrinin müşaviri Məmməd İbrahim partiyadan uzaqlaşdırılan Razi Nurullayevin qrupunda olan Mikayıl Quliyevin şikayəti əsasında saxlanılmışdı.

Ana səhifəXəbərlərMəmməd İbrahim barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildi