Məmməd İbrahim atasının yas mərasiminə buraxılmadı

Vəkil Penitensiar Xidmətə müraciət edəcək

Source:
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim


Vəkil Penitensiar Xidmətə müraciət edəcək

Sentyabrın 3-də AXCP sədrinin həbsdə olan müşaviri, Məmməd İbrahimin atası dünyasını dəyişib. Bu barədə məlumatı Məmməd İbrahimin oğlu Turan İbrahim öz “Facebook” səhifəsində yayıb.

Vəkil Yalçın İmanovun Meydan TV-yə verdiyi məlumata görə, Məmməd İbrahimin özü saxlandığı həbsxananın rəhbərliyinə müraciət etsə də, ona icazə verilməyib. Vəkil sentyabrın 5-də məsələ ilə bağlı Penitensiar Xidmətə müraciət edəcək.

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il, sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Ana səhifəXəbərlərMəmməd İbrahim atasının yas mərasiminə buraxılmadı