Məməd İbrahimin apellyasiya şikayəti növbəti dəfə təmin olunmadı

Source:

Noyabrın 23-də Bakı Apelyasiya məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin həbs müddətinin uzadılması ilə bağlı verdiyi şikayətə baxılıb. Vəkil Yalçın İmanov Meydan TV-yə bildirib ki məhkəmə 12:30 – a təyin olunsa da,  saat 16:00-a qədər təxirə salınıb və Məmməd İbrahimin şikayəti təmin olunmayıb.

Məmməd Ibrahim AXCP-dən çıxarılan Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyev adlı birinin şikayəti əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə yeni ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərMəməd İbrahimin apellyasiya şikayəti növbəti dəfə təmin olunmadı