Məlumatlandırma icraatı icra hakimiyyətinin interpretasiyasında

“Bütün ərazilərdə yerli hakimiyyətlə “razılığa gəlmək” lazımdır, yoxsa tikintiyə icazə verilməyəcək”

Source:


“Bütün ərazilərdə yerli hakimiyyətlə “razılığa gəlmək” lazımdır, yoxsa tikintiyə icazə verilməyəcək”

Mən öz xanımım ilə birlikdə Dübəndi adlanan yerdə 140 kv.m sahəsi olan birmərtəbəli ev tikdirmək qərarına qəldik. Belə ki, son sovet illərində “Azərbaycan” nəşriyyatının “Arzu” bağ kooperativində ev tikinitisi üçün  ona 5 sot torpaq sahəsi ayrılmışdı (o zaman mən də orada yaxınlıqda torpaq sahəsi almışdım, ancaq başlı-başına buraxmışdım, çünkü nə zamansa mənə faydalı olacağını nəzərə almamışdım). Sahənin Əmlak Məsələləri Dövlət Komitəsindən qanuni sənədləri var və kooperativin digər sahələri kimi bu da 1 m. hündürlüyündə hasarla əhatə edilib.

Tanışlarımız mənə bildirdilər ki, bütün ərazilərdə yerli hakimiyyətlə “razılığa gəlmək” lazımdır, yoxsa tikintiyə icazə verilməyəcək. Mən dedim ki, bizdə məlumatlandırma sistemidir, icazə sistemi deyil. Onlar dedilər ki, bunun fərqi yoxdur.

Lakin mən Şəhərsalma və Tikinti Məcəlləsinə düzəlişlərlə (belə ki, bu düzəlişlər məlumatlandırma ilə tikintini daha da asanlaşdırır) bağlı ölkə prezidentinin 28 aprel tarixli qanunundan ruhlandığım halda gördüm ki, vətəndaşlar üçün problemlər hələ də qalır.

Bir neçə il öncə yaradılmış Pirallahı rayonunun İcra Hakimiyyətinə telefon etdim və nəhayət, oktyabrın 9-da məni hüquq şöbəsinin müdiri Samir Hüseynovla calaşdırdılar. Mən jurnalist olduğumu bildirmədim. Tikinti barədə məlumatlandırma üçün hansı sənədlərin təqdim olunmasına dair ilk sualıma S.Hüseynov cavab verdi ki, rayonda bütün evlərin tikintisi dayandırılıb, belə ki, şəhərin  inşası planı hazırdır, bizə isə torpağa görə kompensasiya veriləcək (bu, ayrıca araşdırma mövzusudur). Mən başa düşdüm ki, bu, doğru deyil, çünki şəhərin inşasına dair heç bir dövlət planı təsdiqlənməyib. Mən özümü Turan agentliyinin direktoru kimi təqdim etdim və bu işlərdən başım çıxdığına işarə etdim. Bundan sonra o, mənə dedi ki, sahənin sənədlərini ona göstərim. Mən torpaq sahəsinə dair sənədləri elektron poçtla göndərdim və əlavə etdim ki, bizim sahənin ətrafında evlər tikilib və tikilməkdə davam edir. Bununla da onu konstruktiv dialoqa çağırdım.

Sonra qərara aldım ki, ilk növbədə qanunvericiliyə uyğun olaraq hasarı 1 metrdən 2,2 metrə qədər qaldırım. Hasarın inşasına  oktyabrın 15-də başlayarkən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbəsi üzrə nümayəndəsi Həsən Niftəliyev  gələrək tikintini dayandırmağı tələb etdi. Fəhlələr mənə telefon etdilər, mən də onun telefona cavab verməsini xahiş etdim. O bildirdi ki, İcra Hakimiyyətinin icazəsi olmalıdır. Mən cavab verdim ki, o, qanunu pozur və ayrılmış sahədə hasarın tikintisi, özüdə tikintinin tamamlamaq üçün icazə tələb edilmir. Mən onun getməsini xahiş etdim. Həmçinin dedim ki, İcra Hakimiyyətinin Hügug şöbəsinin müdürı Samir Hüseynov və İnformasiya təminatı sector müdürü Vüsal Babayev məsələdən xəbərdardır. O dedi ki, onun birbaşa rəisi Manaf Manafovdur. Mən V.Bayramova və S.Hüseynova telefon etdim. RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdüri Manaf Manafov hadisə yerinə getdi. Məndən xahiş etdilər ki, ona telefon edim. M.Manafov dedi: “Allah xeyir eləsin”.

Şəhərsalma və Tikinti Məcəlləsinə görə, mən memarlıq üzrə müəllim, yaxşı tanıdığım memar İlqar Əliyevə  öz evimin memarlıq-planlaşdırma bölməsini sifariş etdim (

http://architecture.az

). Oktyabrın 20-də layihə Pirallahı İcra Hakimiyyətinə Samir Hüseynova çatıb. O, layihədə üç səhv aşkar edib: 1) Pirallahı əvəzinə Xəzər rayonu göstərilib, 2)həyat yoldaşımın atasının adı düzgün yazılmayıb, 3) pilləkənin 0,5 m. çıxışı (fasadın yox) Məcəllədə yol verildiyi məsafəni keçir. Məcəlləyə görə, evdən hasara qədər olan məsafə evin divarının hündürlüyündən 0,6 m. civarında olmalıdır. Məsələn, bizimkində olduğu kimi 2,5 metrə yaxın olmayaraq. O görüşmək üçün Pirallahıya  dəvət etdi, lakin mən vaxtımın və zərurətin olmadığından görüşməkdən imtina etdim.

Mən məsələni operativ və yekun olaraq həll etməkdən ötrü xahiş etdim ki, bütün iradlar yazılı formada təqdim olunsun. Lakin o, məni inandırdı ki, daha heç bir problem olmayacaq. Bütün səhvlər düzəldildi və oktyabrın 26-da yenidən S.Hüseynova göndərildi. Lakin o, sözünü tutmayaraq  bildirdi: “Biz burada qərara aldıq ki, layihəni Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərək. Onlar  sizinlə əlaqə saxlayacaqlar və siz hər kv. metrə görə 5 manat dövlət rüsumu (yəni 900 manat) ödəməlisiniz”.

Oktyabrın 28-də layihənin memarlıq-planlaşdırma bölməsi  Memarlıq və Şəhərsalma Baş İdarəsinə daxil oldu. Noyabrın 9-da özünü Bakı Şəhər İcra Hakimiyyəti  Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı kimi təqdim edən Samir Əliyev mənə telefon etdi. O bildirdi ki, Pirallahıya gedib sahə ilə yerində tanış olmaq lazımdır. Mən dedim ki, heç yere getməli deyiləm. Pirallahı İcra Hakimiyyətinin müvafiq əməkdaşları sahəni görüblər və onlar sizə göstərərlər.  Mən başqa sualının olub-olmaması   ilə maraqlandım. O cavab verdi ki, şəkildə (çertyojda yox) ev həm dam ilə birlikdə, həm də damsız göstərilib. Mən dedim ki, əgər pulum çatsa damı tikəcəyəm, olmasa yalnız beton örtük olacaq. Və Məcəlləyə görə, bu məsələ əngəl törədə bilməz. O dedi ki, belə olan halda bu işdən imtina ediləcək. Mən söylədim ki, nə istəyirsiniz edin, lakin imtinanı yazılı şəkildə bəndlər üzrə əsaslandırın ki, səhv varsa biz qanunverciliyə uyğun olaraq onları düzəldə bilək.

Noyabrın 20-də Memarlıq və Şəhərsalma Baş İdarəsindən Piallahı İcra Hakimiyyəti başçısının müavini  Vəzir Səfixanovun adından məktub və  həmin məktubun həyat yoldaşımın adına  olan surətini aldım. Məktubun surətini Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisinin vəzifəsini icra edən İlqar Əliyev imzalamışdı. Məktubda deyilir: “Sizin vətəndaş Zemfira Nəcəf qızı Əliyevanın ev tikintisinə dair icazəsi haqda 2015-ci il 28 oktyabr tarixli 324/ВМ saylı məktubunuza Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılıb.

 Göstərilən məsələlərlə bağlı bildiririk ki, təqdim edilən layihə sənədləri  Şəhərsalma və Tikinti Məcəlləsinə, həmçinin həmin Məcəlləyə uyğun olaraq qəbul edilən normativ aktların tələblərinə uyğun tərtib edilməyib. Nəzərə almanızı xahiş edirik”.

Ancaq uyğunsuzluğun nədən ibarət olması barədə açıqlama yoxdur.

Burada dəqiqləşdirmək lazımdır ki, Şəhərsalma və Tikinti Məcəlləsi məlumatlandırma icraatı anlamını müəyyən edir ki, buna görə tikinti üçün İcra Hakimiyyətinin icazəsi tələb olunmur. Həmçinin Məcəllə tikilinin layihəsinin memarlıq-planlaşdırma bölməsinin qiymətləndirilməsinin meyarlarını dəqiq müəyyən edir. Bu meyarlar qərar qəbulu zamanı məcburi və yekun sayılır. Bunlar haqda mən arayış şəklində sonda bildirəcəm.

Noyabrın 23-də mən memar İlqar Əliyevlə birlikdə  Memarlıq və Şəhərsalma Baş İdarəsində Samir Əliyevlə görüş keçirdik ki, Məcəlləyə və digər normativ  sənədlərə uyğunsuzluq formulunun arxasında kimin durduğunu dəqiqləşdirə bilək. Samir Əliyev müəllimi İlqar Əliyevi tanıdı.

Mənim “nə üçün icazə tələb olunmayan layihəyə Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılır” sualıma belə cavab verildi ki, iyunun 10-da (demək olar ki, sadələşdirici düzəlişlərdən dərhal sonra) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bütün rayonların  icra başçılarına məktub göndərib ki, istisnasız olaraq bütün layihələr Memarlıq və Şəhərsalma Baş İdarəsinə ekspertizaya göndərilsin.

“Belə olduğu halda niyə layihələr rayon İcra Hakimiyyətinə göndərilir, əgər heç nəyi həll etmirsə” sualı cavabsız qaldı. H.Abutalıbovun bu tələbi Məcəllənin, yəni qanunun pozulmasıdır.

Beləliklə, layihə üzrə ilk irad şəkildə evin dam ilə və damsız göstərilməsinə aiddir. Memarın cavabı belədir ki, maddə 80.1-də dam haqqında söhbət getmir, evin divarının hündürlüyündən danışılır. Kiçik müzakirədən sonra bu, gündəlikdən çıxarıldı.

İkinci irad ondan ibarətdir ki, Samir Əliyevin hesablamalarına görə, guya sözügedən ev sahəsi layihədə göstərilən yerdə 1400 metr kənarda olub.  Bunun da cavabı o oldu ki, sahə bağ kooperativinin bir hissəsidir və bu, xəritədə görünür və kooperativlə yanaşı bu cür məsafədə yerləşdirilə bilməz. O, ümumiyyyətlə heç yerə yerləşdirilə bilməz. Bu məsələ də çıxarıldı. Nəhayət, üçüncü sonuncu arqument ortaya çıxdı: “

Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyasıilə bağlı müfəssəl qaydalar”

haqqında Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 saylı qərarı, konkret olaraq 4.13-cü bənd, tikintinin yolverilən miqyası haqqında. Bundan belə çıxır ki, tikilən evin bir mərtəbəsi torpaq sahəsinin həcmindən 20% çox olmamalıdır.  Qəribədir ki, əgər Bakıda və şəhərətrafında tikilən və tikilməkdə olan  evlərə baxsaq görərik ki, praktik olaraq işləməyən bu arqument 2015-ci ilin mayında Şəhərsalma və Tikinti Məcəlləsinə edilən əlavələrdə öz əksini tapmayıb.

“Belə çıxır ki, birmərtəbəli evin yerinə ümumi sahəsi 140 kv. m. olan ikimərtəbəli ev tikmək lazımdır” sualına Samir Əliyev müsbət cavab verdi. Həmin gün baş nazirə informasiya sorğusu yazmaq lazım gəldi. Çünki  niyə bu müddəanın qəbul edildiyinə və apreldə parlamentdə Məcəlləyə edilən düzəlişlərin arasında olmadığına aydınlıq gətirilməliydi.

Mən həmçinin Samir Əliyevə dedim ki, o, imtinanı bəndlər üzrə əsaslandırmalıdır ki, biz vətəndaşlar İcra Hakimiyyətinin kandarını çıxarmayaq, nə onların, nə də özümüzün vaxt itkisinə yol verməyək.  Ancaq bu məmuru və onun rəhbərliyini də başa düşmək olar, ümumi formullar öhdəlik qoymur və onları hər zaman dəyişmək, əlavə etmək, yenidən baxmaq, qismən yalnış hesab etmək və ya ümumiyyətlə tanımamaq olar.


Arayış

AR Şəhərsalma və Tikinti Məcəllsindən çıxarış:

Maddə  80. Məlumatlandırma icraatı

80.1. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin

yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur.

80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin Məcəllənin 11-ci maddəsinə uyğunluğu yoxlanılır.

80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsini

bu Məcəllənin 80.1-ci,

80.1-1

və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması

üçün həmin orqana təqdim edir.  Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə sifarişçi tikinti işlərinə başlaya bilər.

80.5.  Barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.


Açıqlama


Binanın memarlıq-planlaşdırma həlli –

1) planlaşdırma sxemi, 2) funksional-planlaşdırma və 3) həcm-planlaşdırma həlli nəzərə alınmaqla işlənmiş binanın mərtəbəli planlarından ibarət  layihə materialları

1)

Binanın planlaşdırma sxemi

– binanın təxmin edilən konstruktiv sxemi nəzərə alınmaqla əsas otaqların yerləşməsini və onun konfiqurasiyanı müəyyən edən planın strukturu

2)

Binanın funksional-planlaşdırma həlli

– otaqların düzümünün, onların təyinatı və funksional qarşılıqlı bağlılığını müəyyən edən mərtəbəli planların həlli

3)

Binanın həcm-məkan həlli

– həcm-planlaşdırma həllinin əsasında binann həcminin xarici formasının modelləşdirilməsi

 Memarlıq və Şəhərsalma Baş İdarəsi-nin yol verdiyi   pozuntu və sui-istifadə halı göz önündədir.

80.4-cü maddədə aydın göstərilir ki, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsini bu Məcəllənin 80.1-ci, 80.1-1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Yəni, icra orqanı binanın hündürlüyü, aşırımların uzunluğu və tikinti sahəsinə dair planının olmasına nəzarəti həyata keçirir. Və tikinti layihəsinin  memarlıq-planlaşdırma bölməsinə baxış zamanı bu meyarlardan kənara çıxmır.

Təqdim edilən layihənin memarlıq-planlaşdırma bölməsində evin hündürlüyü 4,2 metr, aşırımların uzunluğu ən azı 6 metr təşkil edir. Evin tikintisinin planlaşdırıldığı yerin müfəssəl planı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən sahənin ətraflı planı şəklində təqdim olunub, həmçinin  goole.map-in köməyilə sahənin göstərilməsilə bağlı daha müfəssəl plan memar tərəfindən  tərtib edilib.

Məcəllənin məlumatlandırma icraatında təqdim edilən layihənin Məcəlləyə uyğun olaraq qəbul edilən normativ aktların tələblərinə uyğunluğunun zəruriliyi barədə heç nə deyilmir.

Deməli, mənim müraciətimə baxılması, evin layihəsinin memarlıq-planlaşdırma bölməsinin sadələşdirilmiş təsdiqinin mexanizminin və  vəziyyətin aydınlaşdırılması üçün  bir aydan çox başağrısı lazım gəlib.

Pirallahı Rayon İcra Hakimiyyətindən cavab gəlmədi. Məcəlləyə görə, əgər ərizəçi məlumatlandırma sənədlərini təqdim etdiyi orqandan bir ay müddətində cavab almırsa tikintiyə başlaya bilər.

Söhbət məndən getmir. Bu, prinsip məsələsidir. Bu vəziyyət göstərir ki, sadələşdirilmiş adlanan məlumatlandırma forması işləmir və icra hakimiyyətləri qəsdən Məcəllədə, qaydalarda və digər normativlərdəki ziddiyyətlərdən istifadə edirlər ki, ərizəçini təbdən çıxararaq onların şərtini qəbul etməyə razı salsınlar. Bu cür ərizəçilər isə minlərlədir.

Bu vəziyyət duruma ölkə başçısının növbəti dəfə müdaxiləsini tələb edir ki, məlumatlandırma icraatı sahəsində qanunvericiliyin ikimənalı izahının və sui-istifadənin aradan qaldırılması mümkün olsun. Bundan ötrü aşağıdakı addımların atılmasını təklif edirəm:

1) 80-ci maddənin dəqiq qəbul edilməsi. Əgər  zərurət varsa ziddiyyət və ikimənalı izahlara yol verməmək üçün ona əlavələr gərəkdir.

2) Çoxpilləlilik və süründürməçiliyə yol verməmək üçün  ərizələrin və qərarların qəbulunu aşağıdakı icra hakimiyyəti orqanlarından birinə həvalə etmək: а) rayon icra hakimiyyəti, b) şəhər icra hakimiyyəti, c)ASAN xidmət.

3. İmtinanı hər bənd üzrə əsaslandırmaqla və ətraflı təsvir etməklə yazılı formada təqdim edilməsini müvəkkil orqanın öhdəsinə qoymaq.

Hələlik mən informasiya azadlığı haqqında qanuna uyğun olaraq paytaxt İcra Hakimiyyətinə məsələ ilə bağlı informasiya sorğusu göndərmişəm, lakin oradan cavab almaq demək olar ki, mümkün deyil. Ombudsman Elmira Süleymanovanın yardım göstərməsini xahiş etmişəm. O, yardım göstərəcəyinə vəd verib.



Mehman Əliyev, Turan İnformasiya Agentliyinin direktoru

Ana səhifəXəbərlərMəlumatlandırma icraatı icra hakimiyyətinin interpretasiyasında