Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunub

Zaur Mikayılov “Agro Supply” MMC-nin təmsilçisidir.

Source: Specify Source


Yeni sədr Paşayevlərə məxsus şirkətlərdən birinin rəhbəri idi

Zaur Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev aprelin 5-də sərəncam imzalayıb.

Zaur Mikayılov “Agro Supply” MMC-nin təmsilçisidir. Şirkət aqrar sektorla bağlıdır. 2017-ci ildə qeydə alınan “Agro Supply” MMC “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.



Pravda.az

” saytının yazdığına görə, martın 15-də Zaur Mikayılov PAŞA Holdinq” MMC-yə məxsus “Azərbaycan Supermarket” MMC-nin direktoru vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin aprelin 2-də imzaladığı

sərəncam

la Əhməd Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən çıxarılıb.

Ana səhifəSosialMeliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunub