Məleykə Abbaszadə: ”Ola bilsin ki, gələcəkdə TQDK da ləğv olunsun”

Təhsil Nazirliyi ilə TQDK-nın bırləşdiriləcəyi haqda məlumatlar yayılır

Source:
Məleykə Abbaszadə
Məleykə Abbaszadə
Məleykə Abbaszadə
Məleykə Abbaszadə


“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyinin birləşməsi Azərbaycan prezidentinin səlahiyyətlərinə aid olan məsələdir”.

APA-nın cənub bürosunun məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

O, ölkədə struktur islahatlarının aparılmasına diqqət çəkib: ” Müəyyən qurumlar birləşə, bəziləri ləğv oluna bilər. Ola bilsin ki, gələcəkdə TQDK da ləğv olunsun, ya da hansısa strukturun tabeliyinə verilsin. Dediyim kimi, bu, yalnız dövlət başçısının səlahiyyətində olan məsələdir”.

“Yeni Müsavat” qəzetinin yazdığına görə, yaxın günlərdə Təhsil Nazirliyi ilə TQDK eyni qurumda birləşdiriləcək, adıçəkilən qurumların bazasında Elm və Təhsil Nazirliyi yaradılacaq.

Ana səhifəXəbərlərMəleykə Abbaszadə: ”Ola bilsin ki, gələcəkdə TQDK da ləğv olunsun”