Məleykə Abbaszadə: Dövlət orqanlarında rəhbər vəzifələr üzrə kifayət qədər vakant yer var

”İnzibati rəhbər vəzifələrinə qəbulla bağlı keçirilən imtahanlarda çox az sayda namizəd iştirak edib”

Source:
Məleykə Abbaszadə
Məleykə Abbaszadə


”İnzibati rəhbər vəzifələrinə qəbulla bağlı keçirilən imtahanlarda çox az sayda namizəd iştirak edib”

“Gələcəkdə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları cari ilin məzunları kimi iki mərhələli – buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər”.

APA-nın

məlumatı

na görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə belə deyib. Onun sözlərinə görə, əvvəlki illərin məzunları bir neçə ildən sonra qəbul imtahanında iştirak etmək istəyirlərsə, öz biliklərini təkmilləşdirməlidirlər.

DİM sədri vurğulayıb ki, bir neçə ildən sonra buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə qalması planlaşdırılır.

DİM sədri rəhbər vəzifələrə qəbulla bağlı da danışıb:

“İnzibati rəhbər vəzifələrinə qəbulla bağlı keçirilən imtahanlarda çox az sayda namizəd iştirak edib”.

Son vaxtlar dövlət qulluğuna qəbul imtahanlarında 4000-ə yaxın namizədin iştirak etdiyini vurğulayan Məleykə Abbaszadənin sözlərinə görə, hazırda dövlət orqanlarında rəhbər vəzifələr üzrə kifayət qədər vakant yer var.

Ana səhifəXəbərlərMəleykə Abbaszadə: Dövlət orqanlarında rəhbər vəzifələr üzrə kifayət qədər vakant yer var