Məleykə Abbaszadə: ”Bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq”

“Hazırda biz qəbul imtahanlarına hazırlaşırıq. Bütün qəbul qaydaları yanvar ayında çap olunub. Qəbul qaydalarına əsasən imtahanlar aparılacaq”.

Source:


“Hazırda biz qəbul imtahanlarına hazırlaşırıq. Bütün qəbul qaydaları yanvar ayında çap olunub. Qəbul qaydalarına əsasən imtahanlar aparılacaq”.

APA-nın məlumatına görə bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədr bildirib ki, bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq: “İmtahanların keçirilmə və başlama tarixləri TQDK-nın rəsmi səhifəsində yerləşdirilib”.

Məleykə Abbaszadə onu da qeyd edib ki, V ixtisas qrupuna daxil olan ixtisaslar sırf qabiliyyət tələb edənlərdir: “V qrup ixtisaslarının müsabiqəsində iştirak etmək üçün builki məzunlar buraxılış imtahanlarını verməli, əvvəlki illərin məzunları isə buraxılış imtahanları səviyyəsində olan imtahanları verir və ümumi müsabiqəyə qoşulurlar”.

Ana səhifəXəbərlərMəleykə Abbaszadə: ”Bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq”