Məlahət Həsənova: Əgər Respublika Prokurorluğu cinayət işi qaldırıbsa, hamını araşdırsın

Məlahət Həsənova
Məlahət Həsənova


”Hətta məndən də şübhələri varsa, məni də araşdırsınlar”



Beynəlxalq ictimai təşkilat olan Dialoq-Avrasiya Platforması (DAP) 15 sentyabr 1998-ci ildə Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən jurnalist və yazıçıların İstanbulda keçirilən toplantısında təsis edilib. Bu barədə 8 mart 2014-cü ildə Axar.az saytında geniş məqalə

dərc edilib

.



Məqalədə göstərilir ki, DAP Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. DAP-ın türk versiyasında qurumun Azərbaycan qolu Fətullah Gülənin Azərbaycandakı rəsmi təmsilçiliyi kimi göstərilir. Azərbaycanda bu təşkilatın təsisçisi və fəxri prezidenti sabiq millət vəkili, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdir. A.Rzayev bir müddət həmçinin beynəlxalq platformanın  başqanı da olub. Son vaxtlara qədər DAP-ın Azərbaycanın Milli Komitəsinə deputat Nizami Cəfərov rəhbərlik edib. DAP İdarə Heyətinin üzvləri sırasında deputat Məlahət Həsənovanın da adı yer alıb.



Meydan TV bununla bağlı Məlahət İbrahimqızıyla (Həsənova) əlaqə saxlayıb.


– Məlahət xanım, Dialoq-Avrasiya Platformasının (DAP) İdarə Heyətinin üzvü kimi təqdim olunursuz. Bu barədə nə deyə bilərsiniz?

– O saxta bir şeydir və bununla bağlı bəyanat da vermişəm.


– Xəbəriniz varmı, Mətbuat Şurası Gülənin Dialoq-Avrasiya Platformasıyla birgə



“Həqiqətə xidmətlərinə görə” mükafatı da təsis edib?

– Nə vaxt?


– Bildirilir ki, sonuncu laureatlardan biri “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay olub. Bu barədə məlumatınız varmı?

– Mən bu barədə məlumatsızam. 2009-cu ildə mediada belə bir məlumat yayılıb və mən də açıqlama vermişəm. Hətta qurumun nümayəndəsi mənə telefonla SMS də göndərib, üzr istəyib ki, adımı qurumun üzvü kimi xatırladıblar.


– Respublika Prokurorluğunun (RP) Fətullah Gülənlə bağlı açdığı cinayət işindən xəbəriniz varmı?

– Mətbuatdan bu barədə oxumuşam. Bir dəqiqə, axar.az bu haqda nə zaman məlumat yayıb?


– İki il əvvəl…

– Aha, 2009-cu il, yox,deyəsən, 2013-cü ildə olub, Türkiyədə 17 dekabr hadisələri zamanı açıqlama vermişəm ki, həmin qurumla heç bir əlaqəm yoxdur.



Bir daha əvvəlki suala qayıdaq. Açılan cinayət işindən xəbərdarsınızmı?

– Bəli, mətbuatdan oxumuşam.


– AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirov və bir sıravi cəbhəçi həbs olunub, bilirsizmi?

– Onların hamısını mətbuatdan oxumuşam. Kimliyindən asılı olmayaraq FƏTO-nun ocağına kimsə su tökübsə, o, qanun qarşısında cavab verməlidir. Əgər xatırlayırsınızsa, 17 dekabr Türkiyə hadisələrindən sonra Azərbaycanda da bir neçə nəfər işindən uzaqlaşdırıldı…



Bəli, o zaman deputat olan Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov işdən uzaqlaşdırıldı…

– Bilmirəm, bir neçə nəfər var idi. Onda mənim adımı mətbuatda yazmışdılar, açıqlama verdim və onlara sərt mesaj göndərdim. Hətta Nizami Cəfərov mənə zəng edib dedi ki, sən niyə onlara reaksiya verirsən, boş burax getsin. İndi məni belə məsələlər narahat etmir, çünki hamı nurçunun, FƏTO-çunun kim olduğunu bilir.

– Saytın məlumatına görə,

Nizami Cəfərov


Dialoq-Avrasiya Platforması (DAP) İdarə Heyətinin sədri, Anar Rzayev isə fəxri başqanı olub. Yazılanlar düzdürmü?

– Bilirsiniz, 2-3 il əvvəl Türkiyə rəsmiləri də həmin məktəblərə dəstək verib, bütün respublika üzrə ziyalılar onların tədbirlərinə qatılırdı.



O zaman niyə yalnız AXCP sədri Əli Kərimlinin köməkçisinə cinayət işi açılır? Axı, deputat həmkarınız

Fazil Mustafanın

, “525-ci qəzet”in baş redaktoru

Rəşad Məcidin

nurçuluq haqda yazıları olub…

– Bir dəqiqə, tədbirdə iştirak etmək cinayət deyil. Mən deputatam, sabah azərbaycanlı uşaqların təhsil aldığı məktəbə dəvət etsələr, rədd etməliyəm?!



Məlahət xanım, dünənə qədər Fətullah Gülənə tərif deyənlər haqda susurlar, amma müxalifətçini həbs edirlər. Bunu necə qiymətləndirirsiniz?

– Siz məni təxribata çəkirsiniz. Sual verirsiniz, cavab verirəm. Bir daha deyirəm, kimsə məktəbin açılışında iştirak edirsə, bu, o demək deyil ki, Fətullahçıdır. Həmin universitetlərə, məktəblərə millət vəkilləri, QHT üzvləri, siyasi xadimlər də dəvət olunur, hamı da iştirak edir. İndi o demək deyil ki, buna görə hamı tutulmalıdır. Araşdırma aparılır. Ola bilər ki, heç bir tədbirdə iştirak etməyənin məsuliyyəti var. Yəni iştirak etməyib, amma ciddi işbirliyi var. Mən yenə bir şey deyə bilmərəm. Əgər Respublika Prokurorluğu cinayət işi qaldırıbsa,hamını araşdırsın. Hətta məndən də şübhələri varsa, məni də araşdırsınlar.



Məsələ ondadır ki, Fətullah Gülənlə bağlı sayt var və orda adlarını çəkdiyim şəxslərin yazıları dərc olunub…

– Nə saytdır?




http://www.fgulen.com/az/

adlanır…

– İndi də varmı, Azərbaycan dilindədirmi?



Bəli.

– Bəlkə Amerikada açıblar. Bu sayt harda qeydiyyatdan keçib, onu bilirsinizmi?



Xeyr, bilmirəm. Hər halda cinayət işini Respublika Prokurorluğu açıb, bu qurum da araşdırmalıdır…

– Demirəm ki, siz araşdırın. İçində də məlumat varmı? Fazil Mustafa, Rəşad Məcid həmin sayta nə zaman müsahibə verib?



Müsahibə verməyiblər, məqalələri dərc olunub

.

– Nə zaman?


– 2014-cü ilin martında

.

– Ona görə soruşuram ki, məlum 17 dekabr hadisələrinə qədər Fətullah Gülənin örgütüylə bağlı heç bir məlumat yox idi. Nə bilsinlər ki, belə olacaq. Rəşad müəllim ekstrasens idimi? Türkiyə dövləti 17 dekabr hadisələrindən sonra Güləni rəsmi olaraq cinayətkar şəbəkə qurmaqda ittiham etdi. Axı, siz niyə Azərbaycanda ajiotaj yaradırsınız?



Mən ajiotaj yaratmıram, sual verirəm. Soruşuram ki, Gülənlə bağlı məqalərlər yazanlar məlumdursa, niyə müxalifətçilər həbs olunmalıdır?

– Özünüz dediniz ki, Elnur Aslanovu çıxardılar.O, müxalifətçi idi?


– Çıxartmadılar, indi də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində işləyir.

– İndi çıxardıblar, o demək deyil ki, asmalıdırlar, kəsməlidirlər.



Mən sual verirəm ki, cinayət işi niyə müxalifətçiyə açılır?

– Siz nəyə görə bu məsələni siyasiləşdirirsiniz?


– Partiya üzvünə, yaxud sədrin köməkçisinə cinayət işi açılıbsa, bu işi siyasiləşdirmək deyilmi?

– Siz onun vəkilsiz ki, mənə zəng edirsiniz?



Mən jurnalistəm

.

– Jurnalist olsanız mövqeyinizi bildirməzsiniz.



Məlahət xanım, mən sadəcə sual verirəm.

– Sualınız düzgün deyil. Siz kimsiniz ki, “niyə Əli Kərimlinin köməkçisi tutulub” sualını verirsiniz?


– Siz deputatsınız, adınız DAP İdarə Heyətinin üzvü kimi hallanır. Mən də jurnalist

kimi bu sualları sizə ünvanlayıram…

– Məsələni siyasiləşdirirsiniz.



Mən yalnız sual verirəm.

– Respublika Prokurorluğu bir həftədir cinayət işi açıb, nə bilirsiniz, bəlkə sabah başqaları da tutulacaq. Sizə hər gün hesabat verəcək? Bəlkə başqa adamlar haqda da cinayət işi açılacaq. Türkiyədə 20 adamı tutub araşdırırlar, görürlər ki, onun hansı dərəcədə məsuliyyəti var. Orda da hakim partiya üzvləri olur, cinayətin siyasi mənsubiyyətə aidiyyatı yoxdur. Sizin kimi jurnalistlər hər şeyi siyasiləşdirirlər.

Ana səhifəVideoMəlahət Həsənova: Əgər Respublika Prokurorluğu cinayət işi qaldırıbsa, hamını araşdırsın