Məktəblini döyən direktor müavini vəzifəsindən uzaqlaşdırılıb

Vidadi Əsədova xəbərdarlıq edildiyi bildirilir

Source:


Vidadi Əsədova xəbərdarlıq edildiyi bildirilir

Bakının

Dərnəgül

qəsəbəsində yerləşən Cəbrayıl rayon Qovşudlu kənd tam orta məktəbinin direktor müavini Vidadi Əsədov məktəblini döydüyü üçün tutduğu vəzifədən azad edilib.

Məlumatı Meydan TV-yə Cəbrayıl Rayon Təhsil Şöbəsindən veriblər. Şöbədən bildiriblər ki, Vidadi Əsədova oktyabrın 26-da ciddi xəbərdarlıq edilib, əgər bu hal təkrarlanarsa, müəllimlikdən də uzaqlaşdırıla bilər.

Meydan TV məktəblinin döyülməsini əks etdirən videogörüntünü yayımlayıb.

Görüntülərdən direktor müavinibin uşaqlara hücum etdiyi, daha sonra onlardan birini döydüyü bəlli olur.

Cəbrayıl Rayon Təhsil Şöbəsindən öncə hadisənin onların məktəbində deyil, Şuşa şəhər məktəblərindən birində baş verdiyini demişdilər.

Təhsil Nazirliyindən isə məsələnin araşdırılacağını demişdilər. Təhsil Şöbəsindən deyiblər ki, nazirliyin araşdırmasından sonra hadisənin həqiqətən də Qovşudlu kənd orta məktəbində baş verdiyi məlum olub.

Ana səhifəXəbərlərMəktəblini döyən direktor müavini vəzifəsindən uzaqlaşdırılıb