Məktəbli geyimləri bahalaşıb

AİB-in araşdırmasına görə, məhsulun qiyməti alıcıları qane etmir

Source:

Hər il yeni dərs ili öncəsi Bakının məktəb bazarlarında vəziyyət pisləşir. Bu il də istisna deyil. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sentyabrın 12-də keçirdiyi mətbuat konfransında deyib ki, məktəb uniforması və ləvazimatların qiyməti artır, keyfiyyət isə pisdir.

Onun sözlərinə görə, məktəbli geyimi tikintisində azad rəqabət pozulur. «Dövlət məktəb forması standartına qeyri-məhdud çıxış tətbiq etməlidir və yeganə meyar keyfiyyət və təhlükəsizlik olmalıdır», deyə Hüseynov düşünür. Hazırda Bakıda məktəbli geyimi bazarına «Bakı Tikiş Evi» (keçmiş Volodarski adına fabrik) ASC nəzarət edir. Bu ildən Sumqayıtın tekstil müəssisələrindən biri də Bakı məktəblilərinə geyim tədarük edir.

AİB-in monitorinqi və vətəndaşların müraciətləri göstərir ki, məhsulun qiyməti alıcıları qane etmir. Pambıq və yunun dünya bazarındakı qiyməti 2 dəfə ucuzlaşanda da məktəbli forması ucuzlaşmır (bir komplekt 40-50 manat). Valideynlər tikişin səviyyəsi və satış yerlərinin azlığından şikayət edir. Bu şəraitdə bazara Çin malı daxil olur. O, istehlakçını gözəl dizaynı ilə cəlb edir.

AİB-in hesablamasına görə, bu il məktəbli forması 10 faiz bahalanıb. Məktəblinin sentyabrın 15-də dərsə göndərmək üçün ümumilikdə valideynlərin xərci 200 manatdan az olmur, ölkədə yaşayış minimumu isə 125 manatdır.

Ana səhifəXəbərlərMəktəbli geyimləri bahalaşıb