Məktəbli “Coca-Cola”nı ifşa etdi

Bloqçu istehsalçı şirkətə sərt suallar verir: “Anlaya bilmirəm, bu qədər özbaşınalıq olar, hökumət idarələri hər yerdə həyatımızı korlayır, bəs bu boyda tanınmış şirkət niyə belə edir?”

Source:


Bloqçu istehsalçı şirkətə sərt suallar verir: “Anlaya bilmirəm, bu qədər özbaşınalıq olar, hökumət idarələri hər yerdə həyatımızı korlayır, bəs bu boyda tanınmış şirkət  niyə belə edir?”

“Biçinçi qəzeti”  (http://barishdan.blogspot.com/)  bloqunun müəllifi olan məktəbli Barış Namazov  “Coca-Cola” şirkətinin Azərbaycan istehsalçısını çətin duruma salacaq fotolar paylaşıb. Fotolarda ağzı açılmamış Fanta qabının içində qara cisimlər açıq şəkildə görünür.

Bloqçu yazır ki, fantanı sentyabrın 10-da Rəsulzadə qəsəbəsində Favorit marketdən alıb. Bunu təsdiq edən çeki də saxlayır. O, həmin kassa çekinin fotosunu da paylaşıb. “Birdən gözüm Fantanın içindəki qara-qura şeylərə rast gəldi. Qarışqamı, ağcaqanadmı, həşəratmı? Həmin bu qara-qura əcaib zibillər ağzı açıq olmayan Fantanın içərisində idi”.

Barış Namazov heyrətə gəlib: “Dəhşət ondadır ki, biz daha çox Coca-Cola içirik və onun qara rəngində bu natəmizliyi görmürük.  Dəhşətə gəldim ki,  indiyədək içmədiyim zibillər qalmayıb”.

O, fanta qabını yenə də ağzı açılmamış saxlayıb: “Hətta onu gizlətmişəm ki, Agent Cody Banks (Destination London) filmindəki kimi, birdən gəlib sübutumu oğurlayarlar…”

Bloqçu istehsalçı şirkətə sərt suallar verir: “Anlaya bilmirəm, bu qədər özbaşınalıq olar, hökumət idarələri hər yerdə həyatımızı korlayır, bəs bu boyda tanınmış şirkət  niyə belə edir?”

Bloqçu izahı tələb edir və bu işdə jurnalistlərdən kömək istəyir: “Bəlkə bir neçə nəfər qəzetçi və blogger bu Fantanı şirkətə təqdim eləsin və izah istəsin. Mən getsəm, əlimdən alıb, bir təpik də  vurub qovarlar məni…”

Bloqçunun qeydlərinin tam şəkildə bu linkdə oxuya bilərsiniz: http://barishdan.blogspot.com/2015/09/coca-cola-bu-zibil-bir-izah-versin.html

Meydan TV məktəbli Barış Namazovun yazdıqları ilə bağlı şirkətin mövqeyini almağa çalışsa da, cəhdi uğursuz olub.

Ana səhifəXəbərlərMəktəbli “Coca-Cola”nı ifşa etdi