Məktəblərə direktor təyinində yeni qaydalar

“Namizədlərdən elektron qaydada esse yazmaq tələb olunur”

Source:
Mikayıl Cabbarov, foto: azadlıq radiosu
Mikayıl Cabbarov, foto: azadlıq radiosu



“Namizədlərdən elektron qaydada esse yazmaq tələb olunur”

Təhsil naziri Mikayıl Cabbarov məktəblərə direktor təyin edilməsi ilə bağlı yeni qaydalar təsdiqləyib.

Məlumatı Təhsil Nazirliyi yayıb.

Qaydalara əsasən, aprel-avqust aylarında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə mərkəzləşdirilmiş qaydada, 3 mərhələdə keçiriləcək.

Müsabiqədə alitəhsilli, azı 5 il pedaqoji stajı olan və hazırda çalışan şəxslər iştirak edə bilərlər.

Elektron ərizələrin qəbulu 2017-ci il aprelin 1-dən 15-ə kimi həyata keçirilir. Bu mərhələdə namizədlər hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçə bilərlər.

İmtahan mərhələsində namizədlərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim olunan konkret mövzu üzrə elektron qaydada esse yazmaq tələb olunur.

Ana səhifəXəbərlərMəktəblərə direktor təyinində yeni qaydalar