Məktəblərdə səyyar vaksinasiya məntəqələri yaradılıb

Təhsil işçilərinin peyvəndlənməsi aparılacaq

Foto: Meydan TV


Təhsil işçilərinin peyvəndlənməsi aparılacaq

Məktəblərdə təhsil işçilərinin yenidən səyyar vaksinasiyasına başlanılıb.

Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçilərinin vaksinasiyasını

aparacaq

.

Bildirilir ki, səyyar peyvəndləmə məntəqələrinin sayının artırılmasında məqsəd prosesin sürətləndirilməsidir.

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Report”a Bakıda insanların sıx yaşadığı yerlərdə təhsil işçiləri üçün 5 peyvənd məntəqəsi yaradıldığını

deyib

.

Yaradılan məntəqələr pandemiya şəraitində ənənəvi tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi üçün nəzərdə tutulub.

Ana səhifəSağlıqMəktəblərdə səyyar vaksinasiya məntəqələri yaradılıb