Məktəbin direktor müavini borca görə özünü yandırıb

Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir

Source:


Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir

Neftçala şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Neftçala şəhər 4 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 1952-ci il təvəllüdlü Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub. Məktəbin kollektivinin səyi nəticəsində alov söndürülüb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Polisdən həmçinin bildirilib ki, A. Novruzovun külli miqdarda borcu var. O buna görə özünə qəsd edib.

Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Ana səhifəXəbərlərMəktəbin direktor müavini borca görə özünü yandırıb