Ağcabədidə məskunlaşan Laçın rayon sakini Zöhrab Mürsəlov iki övladının 37 saylı məktəbdə döyüldüyünü deyir. Uşaqlardan biri fiziki əngəllidir.
Səni kim döydü?
Şəhriyar Mürsəlov -Kəmalə müəllimə
Saçınızdan yolurdu?
Şəhriyar Mürsəlov- Hə… Deyirdi, daş düşsün başınıza.
Laçın rayon təhsil şöbəsinin müdiri Malik Vəliyev Meydan TV-yə bildirib ki, uşaqları döyən Kəmalə müəlliməyə şiddətli töhmət verilib. “O müəllimi dəyişmişik. Onu başqa sinifə keçirmişik. Həmin sinifə də başqa müəllimə dərs deyir”.
Məktəbin direktoru Səxavət Məmmədov zənglərimizə cavab vermədi.