Məktəb direktoru karantin altına alınıb

Foto: https://edu.gov.az/

Hazırda məktəbin fəaliyyəti əyani formada davam edir

Bakının 224 nömrəli tam orta məktəbinin direktoru Aydın İsrafilov COVID-19 infeksiyasına yoluxmuş şəxslə təmasda olduğu üçün 14 günlük karantin altına alınıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı press-relizdə qeyd olunur ki, hazırda məktəb fəaliyyətini əyani formada davam etdirir.

Məlumatda həmçinin bildirilir ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl edilir.

Azərbaycanda 2021-ci il sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.

Həmin müddətdən indiyədək 19 məktəb, 505 sinif distant təhsilə keçib. Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş qısamüddətli karantin (14 gün-red) başa çatdıqdan sonra məktəblər ənənəvi təhsilə davam edib.

Səhiyyə Nazirliyi hər iki valideynin razılığına əsasən, 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndini vurmağı tövsiyə edir.

Dekabrın 2-də təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda müəllimlərin 90 mindən çoxu COVİD-19 əleyhinə üçüncü doza (buster) vaksin vurdurub.

Nazir bu il sentyabrın 17-də açıqlaması zamanı 82 %-ə yaxın təhsil işçisinin peyvənd olunduğunu söyləmişdi.

Ana səhifəSosialMəktəb direktoru karantin altına alınıb