Mənbə: google

Meksikada bir həftədə 3 jurnalist öldürülüb

Məqalə yeniləndi:  8 Avqust 2019

Öldürülən jurnalistlərdən biri polislər haqqında reportajlar hazırlayırmış

Meksikanın Veracruz əyalətində bir həftədə qətlə yetirilən üçüncü jurnalistin işi ilə bağlı istintaq başladılıb, - “The Guardian” xəbər verir.

Bu ölkə rekord dərəcədə qətl hadisəsi ilə üzləşdiyi halda Meksikanın hakimiyyət orqanları deyib ki, istintaq Veracruzun paytaxtında yerləşən “Grafico de Xalapa” qəzetində çalışan Jorge Ruiz Vazque-’in müdafiəsinin niyə mümkün olmadığını araşdırır.

“Prokurorluq zərərçəkmiş şəxs və onun ailəsinə tətbiq edilmiş müdafiə tədbirlərinin niyə uğursuzluqla nəticələndiyini araşdıracaq,” - prokuror deyib.

Ruiz ona qarşı edilən ölüm təhdidləri ilə əlaqədar dövlət orqanlarına ifadə verməsindən bir neçə gün sonra güllələnib. O iddia edib ki, təhdidlərin arxasında Actopan bələdiyyə başçısı Paulino Domínguez Sánchez durur.

Bələdiyyə rəsmisi vəzifəsini icra etmiş və hazırda Guerrero əyalətində müxbir çalışan daha bir jurnalist cümə günü öldürülüb. Digər bir jurnalist isə ötən həftənin əvvəlində maşında öldürülüb və cəsədinin üzrəndə işgəncə əlamətləri tapılıb. Həmin jurnalist polislərlə bağlı reportajlar hazırlamaqla məşhurlaşmışdı.

Jurnalistləri Müdafiə Komissiyası (CEAPP) qeyd edib ki, Ruizin ölümü bu il Meksika jurnalistlərinin öldürülmə sayını 10-a çatdırıb.

Rəsmi məlumatlara görə, Meksikadakı cinayətlər ilin ilk yarısında ən yüksək rekord səviyyəyə çatıb.

Prezident Andres Manuel Lopez Obrador dekabr ayında vəzifəyə gəldikdən sonra narkotik kartelləri tərəfindən idarə olunan ölkəsində zorakılığı azaltmağa söz vermişdi.

Ruiz ona qarşı ölüm təhdidləri barədə 2018-ci ilin oktyabr və noyabr aylarında ictimaiyyəti məlumatlandırmışdı, Veracruz CEAPP prezidenti Ana Laura Perez “XEU Noticias” qəzetinə müsahibəsində deyib.

O əlavə edib ki, Ruiz paytaxt Xalapanın cənubu Actopanadakı evində vurularaq öldürülüb.

Veracruzun qubernatoru Cuitlahuac Garcia cümə günü axşam deyib ki, Ruizin ölümündə günahkar olan insanların axtarışına başlanıb.

“Biz yerli qəzetin müxbiri Jorge Ruizin qorxaqlıqla öldürülməsini pisləyirik,“- o deyib: “Onun öldürülməsi cəzasız qalmayacaq”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  8 Avqust 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/m1hvm3

Ən çox baxılan