”Məhsullara çeşidlər üzrə sertifikat veriləcək”

”Məhsullara çeşidlər üzrə sertifikat veriləcək”

Source:
Qoşqar Təhməzli


”Məhsullara çeşidlər üzrə sertifikat veriləcək”

İqtisadçı: “Bu, rüşvətin qarşısını ala bilər”

Azərbaycanda istehsal olunan bütün məhsulların sertifikatlaşdırılması ləğv edilib.

Bu barədə “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli danışıb.

Qoşqar Təhməzli deyib ki, bütün sahibkarlıq strukturları bu barədə məlumatlı olmalıdır. Bundan sonra məhsullara ümumi deyil, çeşidlər üzrə sertifikat veriləcək. Qida subyektləri əvvəlcə qida təhlükəsizliyinə görə qeydiyyata alınacaqlar. Müəyyən araşdırmalardan sonra onlar sertifikat ala biləcəklər.

O, bu dəyişikliyi Avropa ölkələrinə ixracla əlaqədar olduğunu söyləyib.

İqtisadçı-alim Nazim Bəydəmirli bu qərarı müsbət dəyərləndirib və hesab edib ki, bu, rüşvəti azalda bilər:

“Məsələn, süd zavodu smetan buraxır, onun çeşidləri, növləri olur, 150 qramlıq, 2,5 faizlik. Hər bir çeşidə pul tələb edirdilər, bundan sonra sahələr üzrə sertifikat veriləcək, nəticədə sahibkara müsbət təsiri olacaq”.

Ana səhifəXəbərlər”Məhsullara çeşidlər üzrə sertifikat veriləcək”