Mehriban Vəliyeva: COVID pasportu olmayan təhsil işçilərinə məhdudiyyətlər ola bilər

“Pasportu olan şəxslər isə tədrisə rahat cəlb olunacaq”

Source: Meydan Tv


"Pasportu olan şəxslər isə tədrisə rahat cəlb olunacaq"

“Ötən il sentyabrın 15-dən bu günədək 25 370 şagird koronavirusa yoluxub”.

Təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda çıxışı zamanı təhsil nazirinin müşaviri Rüstəm Ağayev belə deyib.

O bildirib ki, məktəb heyətindən isə koronavirusa yoluxanların sayı 15 128 nəfər olub.

Müşavir təhsil işçilərinin vaksinasiya prosesindən də danışıb.

O deyib ki, hər iki doza üzrə vaksinasiya prosesində Qazax, Yardımlı, Astara, Neftçala, Gəncə, Zərdab rayon təhsil şöbələri liderdir: “Vaksinasiyaya ümumilikdə 137 min adam cəlb olunub. Bunlar hər iki doza vurdurub. Birinci doza vurduran təhsil işçiləri 162 min nəfərdir. Ali təhsil üzrə 33 min heyət sayından hər iki dozanı 16 min adam, birinci dozanı 20 min adam vurdurub. Peşə təhsili üzrə isə 4400 adam peyvənd olunub”.

Bakı şəhəri üzrə 35 mindən artıq təhsil işçisindən 22 686 nəfər tam olaraq iki doza vaksin vurdurub.

Bu statistikanı isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva açıqlayıb.

İdarə müdiri bildirib ki, əyani tədrisi bərpa etmək üçün 80-90 faiz vaksinasiyadan keçməlidir: “Əyani tədris üçün hamımız vaksinasiyaya qoşulmalıyıq. Bizim 37 məktəbimizə 90 faiz vaksinasiyadan keçdiyi üçün İdarə tərəfindən təşəkkürnamələr təqdim olunub”.

Mehriban Vəliyeva əlavə edib ki, COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı müəyyən məhdudiyyətlər ola bilər. Ancaq hələlik bu müzakirə edilmir: “Pasportu olan şəxslər isə tədrisə rahat cəlb olunacaq. Çünki onlar digər şəxslərə risk yaratmayacaqlar”.

Ana səhifəXəbərlərMehriban Vəliyeva: COVID pasportu olmayan təhsil işçilərinə məhdudiyyətlər ola bilər