”Mehriban Əliyevanın vitse-prezident olmasından sonra mətbuata basqı artıb”

Müsavat Partiyası: “Hakimiyyət bilməlidir ki, azadlıqlara qarşı mübarizə ölkəni gözdən salır”

Source:
Mehriban Əliyeva
Mehriban Əliyeva


Müsavat Partiyası: “Hakimiyyət bilməlidir ki, azadlıqlara qarşı mübarizə ölkəni gözdən salır”

“Son illər ölkədə müstəqil, tənqidçi mediaya qarşı repressiya siyasəti aparılır. Çoxlu sayda media qurumları bağlanıb, jurnalistlər həbs edilib”, – Müsavat Partiyasının yaydığı bəyanatda belə deyilir.

Sənəddə deyilir ki, azad mətbuata qarşı basqılar ölkə başçısının xanımı Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsindən sonra daha da artıb:

“Təsadüfi deyil ki, nüfuzlu “Freedom House” hüquq müdafiə təşkilatının “Mətbuat azadlığı-2017” adlı hesabatında Azərbaycan dünyada mətbuat azadlığının ən pis olduğu 10 ölkə sırasında yer alıb. 02 may 2017-ci il tarixdə “Kanal-13” internet televiziyasının rəhbəri Əziz Orucov xanımı Lamiyə Çerpanova ilə işə gedərkən heç bir səbəb olmadan yolda saxlanılıb və polis idarəsinə aparılıblar. Lamiyə Çerpanova bir müddətdən sonra sərbəst buraxılsa da, Əziz Orucova qarşı polisə tabe olmamaq haqqında saxta protokol tərtib olunaraq məhkəmənin qərarı ilə 30 sutka inzibati həbslə cəzalandırılıb”.

Müsavat Partiyası hakimiyyətin Ə.Orucova qarşı törətdiyi özbaşınalığı qətiyyətlə pisləyir və onun dərhal azad edilməsini tələb edir:

“Azərbaycan hakimiyyəti dərk etməlidir ki, azadlıqlara qarşı mübarizə aparmaq, onları məhdudlaşdırmaq cəmiyyətimizi inkişafdan saxlayır, eyni zamanda ölkəmizi dünyada nüfuzdan salır ki, bu da Azərbaycanın maraqlarına ciddi zərbə vurur”.

Ana səhifəXəbərlər”Mehriban Əliyevanın vitse-prezident olmasından sonra mətbuata basqı artıb”