Mehriban Əliyevanın UNESCO-dakı vəzifəsi Avropa dəyərlərinə təhqirdir
Avropa Azad Mətbuat və Media Mərkəzi (ECPMF) UNESCO-nu öz xoşməramlı səfiri Mehriban Əliyevanı tutduğu vəzifədən azad etməyə çağırıb. Bu barədə Mərkəzin saytında məlumat verilib.
Xəbərdə deyilir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyat yoldaşı, ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycanın güc dairələrindən biri hesab olunur. Azərbaycanda Xədicə İsmayılova kimi jurnalistlər həbs olunur, bəziləri isə hətta öldürülür.
ECPMF “Mətbuat azadlığı haqqında Avropa xartiyası”-nın təsbitinə görə, Mehriban Əliyevanın UNESCO-dakı vəzifəsini Avropa dəyərlərinə təhqir kimi qəbul edir. UNESCO-nun rəhbəri xanım Bokovadan Mehriban Əliyevanın tutduğu vəzifədən azad edilməsi tələb olunur.