Mehriban Əliyevanın açılışını etdiyi bina məcburi köçkünlərə verilməyib

Xətai rayonunda qəzalı binada yaşayan məcburi köçkünlər ev tələbi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə gəliblər. Oktyabrın 5-də Masazırda salınan şəhərcikdə 3 binanın açılışı olub. Binalar “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib.

Məcburi köçkünlər bildirir ki, vitse president Mehriban Əliyevanın iştirakı ilə evlərin açılışı olsa da, o evlərdən heç birinə pay düşməyib. Məcburi köçkünlərin qəzalı binası torpaq sürüşməsi nəticəsində bir neçə metr irəli daşınıb. Binanın aşmaması üçünsə tavana bu dirəklər bərkidilib. Köçkünlər hər an təhlükə gələcəyi qorxusu ilə yaşadıqlarını deyirlər. Dövlət qurumlarından eşitdikləri “evlər hazırdır, köçürüləcəksiniz”dən başqa bir şey deyil.

Köçkünlərin bəziləri təhlükədən sovuşmaq üçün binanın aşağısında taxtalardan özlərinə ev düzəldiblər. Məcburi köçkünlər bu il uşaqlarını da məktəbə yollamayıblar ki, onları yeni evlərində yeni məktəb gözləyir. Əşyalarını da qutulara yığıb gözləyirlər, amma yeni evlərinə qovuşmurlar ki, qovuşmurlar.

Ana səhifəVideoMehriban Əliyevanın açılışını etdiyi bina məcburi köçkünlərə verilməyib