Mehman Hüseynovun məhkəməsi uzadıldı

Polis rəisinin şikayəti ilə həbs olunan bloger Mehman Hüseynovun 17 noyabrda apellyasiya şikayətinə baxılıb.

Blogerin vəkili Fuad Ağayev Mehman saxlanılan yerin və sonra gətirildiyi Nəsimi rayon Polis İdarəsinin qarşısında olan videogörüntülərə baxılmasını istəyib. Bildirib ki, əgər videogörüntülər məhkəməyə təqdim edilsə, həqiqət üzə çıxar. Vəkil həmçinin Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin də prosesə çağırılıb dindirilməsini istəyib. Musa Musayevin nümayəndəsi Əlirza Həbilov isə vəsatətlərin təmin edilməməsini xahiş edib. Bildirib ki, vəsatətlər əsassızdır.

Məhkəmə fasilədən sonra vəsatətləri təmin etməyib.

Növbəti məhkəmə iclası dekabrın 1-nə təyin edilib.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs olunub.

Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.

Ana səhifəVideoMehman Hüseynovun məhkəməsi uzadıldı