Mehman Hüseynovun məhkəməsi təxirə salınıb

İclasa gələnlər zala buraxılmayıb

Source:


İclasa gələnlər zala buraxılmayıb

Fevralın 10-da Suraxanı rayon Məhkəməsində Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin blogger Mehman Hüseynova qarşı verdiyi xüsisi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi təxirə salınıb.

Meydan TV-nin məlumatına görə, iclasa gələn şəxslər zala buraxılmayıblar. Nəzarətçilər bunu zalın balaca olması ilə əsaslandırıblar. İclasda M. Hüseynov ona dövlət tərəfindən təyin olunan vəkildən imtina edib.

Vəkil Elçin Sadıqov iclasdan sonra jurnalistlərə açıqlamasında bildirib ki, həmin məsələyə Nəsimi rayon Məhkəməsində baxılmalıdır, çünki M.Hüseynov orada açıqlama verib. Məhkəmə iclası fevralın 17-dək təxirə salınıb.

Mehman Hüseynova qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon Polis İdarəsinin rəisi Musayev Musa Oktay oğlu verib. Bloqqerrin CM-nin 147.2-ci maddəsilə məsuliyyətə cəlb olunub cəzalandırılmasını xahiş edir. Bu, M.Hüseynovun yanvarın 10-da polislə bağlı verdiyi açıqlamaya görədir.

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. Nazirlik açıqlama verərək “Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir”, – demişdi.

Ana səhifəXəbərlərMehman Hüseynovun məhkəməsi təxirə salınıb