Mehman Hüseynovun məhkəməsi başladı

Xüsusi ittiham qaydasındakı iddiası üzrə hazırlıq iclası keçirilib

Source:


Xüsusi ittiham qaydasındakı iddiası üzrə hazırlıq iclası keçirilib

Fevralın 24-də Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloqqer Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasındakı iddiası üzrə hazırlıq iclası keçirilib.

Xüsusi ittiham qaydasındakı iddia icraata qəbul olunub. Vəkil Elçin Sadıqov APA-ya bildirib ki, xüsusi ittiham qaydasındakı şikayətin icraata qəbul edilməsindən imtina barədə vəsatət qaldırsa da, təmin edilməyib.

Proses 27 fevral saat 09:30-a təyin edilib.

Ötən ay Mehman Hüseynov saxlanılıb. Məhkəmənin qərarı ilə cərimələnərək sərbəst buraxılan bloqqer açıqlamasında Nəsimi rayon Polis İdarəsində təzyiqə məruz qaldığını deyib. Bundan sonra M. Musayev onu məhkəməyə verib.

Ana səhifəXəbərlərMehman Hüseynovun məhkəməsi başladı