Mehman Hüseynovun apellyasiya şikayətinə baxılıb

Oktyabrın 10-da Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyilə bloger Mehman Hüseynovun şikayəti üzrə ilkin iclas keçirilib.

M.Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması barədə ərizəsini təmin etməyən Qaradağ Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Vəkil Şəhla Hümbətova cəzaçəkmə müəssisəsinin dəstə rəhbəri Təbriz Əzizovun məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Bildirib ki, bu şəxs bloger haqqında mənfi rəy verib. Birinci instansiya məhkəməsi də o mülahizəni əsas götürüb, M.Hüseynovu azadlığa buraxmaqdan imtina edib.

Lakin məhkəmə vəsatəti təmin etməyib. Hakim Elşad Şamayev bildirib ki, blogerin şəxsi işini müəssisədən alıb araşdıracaqlar.

M.Hüseynov ötən il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinərək, 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında məhkum edilib. M.Musayev iddia edib ki, Mehman onun rəhbərlik etdiyi idarənin əməkdaşları tərəfindən başına torba keçirilib oğurlandığını, idarədə işgəncəyə məruz qaldığını deməklə böhtan atıb.

M.Hüseynovun vəkilləri məhkəmədə bloger Nəsimi Rayon Polis İdarəsinə gətirildiyi gün binanın qarşısında və daxilində olan kameraların qeydə aldığı görüntülərin alınıb araşdırılması barədə vəsatət qaldırıblar. Bildiriblər ki, o görüntülər Mehmanın doğru danışdığını sübut edəcək. Lakin vəsatət təmin olunmayıb.

M.Hüseynov həbsini siyasi sifariş sayır, ölkədə korrupsiyanı, məmur özbaşınalığını ifşa edən video-materiallarına görə cəzalandırıldığını bildirir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/a52ksm

Ən çox baxılan