Mehman Hüseynovun anası ilə görüşünə icazə verilmədi

Penitensiar Xidmət blogerin islahyönümlü tədbirlərdə iştirak etmədiyini deyir

Source:
Mehman Huseynov
Mehman Huseynov


Penitensiar Xidmət blogerin islahyönümlü tədbirlərdə iştirak etmədiyini deyir

Hazırda həbsdə olan bloger Mehman Hüseynovun anası ilə görüşməsinə icazə verilmədi.

Blogerin anası 14 gündür reanimasiyadadır. O, ürək çatışmazlığından əziyyət çəkir. Blogerin anası ilə görüşünə icazə verilməsi üçün 30 iyulda bir qrup jurnalist və hüqüq müdafiəçisi

Penitensiar Xidmət

ə müraciət edib.

Penitensiar Xidmət Mehman Hüseynovun vəkili Şəhla Hümbətovaya cavab məktubu göndərib.

Bu barədə Şəhla Hümbətovanın özü məlumat yayıb.

Penitinsiar Xidmətdən bildirilib ki, Cəzaların İcrası Məcəlləsinin 89.1-ci maddəsinə əsasən məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər:

“Lakin məhkum Hüseynov Mehman Rafiq oğlu cəza çəkdiyi müddət ərzində müəssisədə keçirilən islahyönümlü tədbirlərdə iştirak etməkdən yayınıb. Müəssisənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə və aparılan abadlıq işlərində iştirak etməyib, habelə barəsində yaxşılaşdırılmış saxlanma şəraitinə keçirilmə və digər həvəsləndirmə tədbirləri tətbiq edilməyib. Xasiyyətcə qapalıdır. Göstərilənlərlə əlaqədar onun əməyə münasibətinin qənaətbəxş olmaması və islah yoluna qədəm qoymaması müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq məhkum M.R.Hüseynovun qısa müddətli səfərə buraxılması məqsədəmüvafiq hesab olunmur”.

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

O, polisə böhtan atmaqda günahkar bilinib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin gördüyü işləri tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin bloger fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Beynəlxalq qurumlar blogerin həbsini söz, ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir, onun azadlığa buraxılmasını tələb edirlər.

Ana səhifəXəbərlərMehman Hüseynovun anası ilə görüşünə icazə verilmədi