Mehman Hüseynovla bağlı Penitensiar Xidmətə müraciət olunub

Blogerin xəstə anası ilə görüşməsini istəyirlər

Source:
Mehman Huseynov
Mehman Huseynov


Blogerin xəstə anası ilə görüşməsini istəyirlər

Həbsdə olan bloger Mehman Hüseynovun anası ilə görüşməsi üçün ötən həftənin şənbə günü müvafiq qurumlara müraciət olunub. Bu barədə “BBC News Azərbaycanca”-ya Mehman Hüseynovun atası Rafiq Hüseynov məlumat verib.


Bloger

in anası Firəngiz Hüseynovanın vəziyyətinin ağır olduğu deyilir.

Rafiq Hüseynovun sözlərinə görə, həyat yoldaşı ürəyində olan problemə görə kliniki ölüm keçirib: “Ürəyi dayanmışdı və bu müddət ərzində komadadır”.

Vəkil Fuad Ağayev də deyib ki, Mehman Hüseynovun qısamüddətli azadlığa buraxılması üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və Penitensiar Xidmətə müraciət edilib. Vəkilin sözlərinə görə, “qısa müddət” deyəndə bir həftə nəzərdə tutulur. Müraciət Mehman Hüseynov və onun digər vəkili Şəhla Hümbətova tərəfindən imzalanıb və rəsmi qurumlara təqdim olunub.

Müraciətə hələlik cavab verilməyib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyib ki, müraciətə baxılıb qanunvericiliyə uyğun cavab veriləcək.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.

Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.

Ana səhifəXəbərlərMehman Hüseynovla bağlı Penitensiar Xidmətə müraciət olunub