Mehman Hüseynov və Ülvi Həsənli saxlanılıb (Yenilənib)

Onların “Bandotdel”ə aparıldığı bildirilir

Source: Meydan Tv



Mehman Hüseynov və Ülvi Həsənli sərbəst buraxılıblar.

***


Onların "Bandotdel"ə aparıldığı bildirilir

Martın 14-də bloger Mehman Hüseynov və Abzas.net saytının rəhbəri Ülvi Həsənli polis tərəfindən saxlanılıb.

Bu barədə məlumatı NİDA Vətəndaş Hərəkatı yayıb.

Məlumatda bildirilir ki, onlar Novxanıda çəkilişdən qayıdarkən saxlanılıb və Abşeron Polis İdarəsinə aparılıblar.

Daha sonra isə onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel") aparılıblar.

Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəXəbərlərMehman Hüseynov və Ülvi Həsənli saxlanılıb (Yenilənib)