Mehman Hüseynov sərbəst buraxıldı (VİDEO)

Fotoreportyor Mehman Hüseynov ATƏT-in konfransında iştirak üçün Tiflisə yola düşərkən aeroportda saxlanılıb. Bu barədə Meydan Tv-yə M.Hüseynov özü məlumat verib. Onu ilk öncə Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə, sonra Səbail Rayon Polis İdarəsinə, oradan isə Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparıblar. Səhər saatlarında saxlanılan M.Hüseynov təxminən axşam saat 6-da sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyi Mehman Hüseynovun saxlanılmasına reaksiya verib. DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov virtualaz.org saytına açıqlamasında Mehman Hüseynov barədə cinayət işi olduğunu deyib: “2012-ci ildə qanunsuz keçirilən aksiya zamanı Mehman Hüseynov polis əməkdaşlarına qarşı müqavimət göstərib, xuliqanlıq edib. Buna görə də barəsində cinayət işi qaldırılmışdı. İstintaqın gedişi ilə əlaqədar ölkədən çıxmasına yasaq qoyulmuşdu. 2013-cü ildə Mehman Hüseynov xarici ölkələrdən birinə hansısa tədbirə getmək üçün istintaq orqanına müraciət etmişdi. Müraciətə baxıldı, icazə verildi. Bu dəfə isə Mehman Hüseynovun nə özü, nə də vəkilləri tərəfindən müraciət olunmayıb. Saxlanılmasına səbəb budur”.

Ana səhifəVideoMehman Hüseynov sərbəst buraxıldı (VİDEO)