Mehman Hüseynov saxlanıldı… və buraxıldı (yenilənib)

Hazırda Mehman Hüseynovun dostları bölmənin qarşısında hadisələrin gedişin gözləyirlər

Source:


11.58. Son məlumata görə Hüseynov sərbəst buraxılıb. Bölmə əməkdaşları bloggerin saxlanılmasına səbəb kimi Səbayel rayonu polis idarəsi tərəfindən Mehman Hüseynova stop qoyulmasını göstəriblər. Bildirildiyinə görə, ASAN Xidmətin əməkdaşları bildiriblər ki, Hüseynov barədə DİN-ə sorğu göndərilib, ona görə nazirlikdən gələn cavaba qədər bir qədər gözləməlisiniz. Təxminən 15 dəqiqədən sonra 13-cü polis bölməsinin əməkdaşları Mehman Hüseynovu ASAN xidmətin mühafizə otağına aparıblar, oradan da bölməyə. Səbayel rayonu polis idarəsindən bildirilib ki, Mehman Hüseynovun barəsində iltizam alınsın və sərbəst buraxılsın. Bu o deməkdir ki, M.Hüseynov sabah Səbael rayon polis idarəsinə getməlidir.


Hazırda Mehman Hüseynovun dostları bölmənin qarşısında hadisələrin gedişin gözləyirlər

Bloger Mehman Hüseynov Sabunçu Rayonunda ASAN Xidmətdən şəxsiyyət vəsiqəsini almaq istəyərkən polis tərəfindən saxlanılıb. Xəbəri Mehman Hüseynov Facebook səhifəsində paylaşıb. O, 13-cü polis bölməsinə aparıldığını qeyd edib.

Hazırda Mehman Hüseynovun dostları bölmənin qarşısında hadisələrin gedişin gözləyirlər.

Meydan TV olayı diqqətdə saxlayır.

Ana səhifəXəbərlərMehman Hüseynov saxlanıldı… və buraxıldı (yenilənib)