Mehman Hüseynov polisə çağırılıb (yenilənib)

“Sancaq production”ın rəhbəri, bloqqer Mehman Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Source:


20.40. Polis idarəsindən çıxdıqdan sonra M.Hüseynov “Facebook” səhifəsində yazıb ki, idarəyə hazırlıqlı gedib:


“Rəisin otağına girən kimi şalvarın ciblərini çölə çıxartdım, oturdum. Polis işçisi gülərək sual verdi ki, niyə belə edirsən? Deyirəm, bu təzə dəbdir, özüm kəşf eləmişəm, şəhərdə belə gəzirəm. Polis idarəsinə də belə gəlmişəm. Fikirləşdim ki, birdən sehirli çubuğunuzu işə salıb, cibimdən “iqruşka”-zad çıxararsınız…


Mənə deyirlər ki, haqq yoluna gəl, özünü təhlükəyə atma, bu xalqa görə dəyməz nəsə eləmək, gələcəyini düşün, sənə işıqlı gələcək qura bilərik və s. Bu cür təklifləri, vədləri çox eşitmişəm. Hamısından dərhal imtina eləmişəm. Mənə onların heç nəyi lazım deyil”.


Bloqçu bildirir ki, polis idarəsində profilaktik söhbət 1 saat davam edib.


“Gördülər ki “ağıllanan” deyiləm, uzatmadan sərbəst buraxdılar”, M.Hüseynov qeyd edib.

***

“Sancaq production”ın rəhbəri, bloqqer Mehman Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə bloqqerin özü “Facebook” səhifəsində yazıb: “Bir az var mənə zəng edib deyiblər ki, saat 5-də Bakı Şəhər Baş Polis İdarəsində olum. Mətbuat xidmətin rəhbəri mənimlə görüşüb, söhbət eləmək istəyir. Gedək görək nə deyirlər yenə”.

Bu gün Milli Məclisin keçirilən plenar iclasında Yeni Azərbaycan partiyasının deputatı Məlahət İbrahimqızı Meydan TV və “Sancaq” səhifələrində dövlət rəhbərinə qarşı cəfəng məlumatlar yayımlamaqda ittiham edib.

Ana səhifəXəbərlərMehman Hüseynov polisə çağırılıb (yenilənib)