Mehman Hüseynov ”Nərgiz mükafatı”na layiq görülüb

İki ildir vəfat edən Nərgiz Yaqublunun adına təsis olunan mükafatın təqdimatı keçirilib. “Nərgiz Yaqublu mükafatı” 3-cü dəfədir ki, beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi gənclərə verilir. Bu il də mükafatın sahibi bloger Mehman Hüseynov olub.

Mərasimdə söz alan siyasətçilər gənc fəal Nərgiz Yaqublunun mübarizəsindən, Azərbaycandakı siyasi məhbus problemindən danışıblar.

Deyiblər ki, Nərgiz Yaqublu gəncliyini etiraz aksiyalarında keçirib. Polis müqaviməti ilə üzləşib saxlanılsa da, etiraz etməkdən çəkinməyib. Nərgiz ana olmağa hazırlaşarkən vəfat edib. Ölümündən sonra adına mükafat təsis olunub. Mükafata NİDA üzvü İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədov layiq görülüb.

Ana səhifəVideoMehman Hüseynov ”Nərgiz mükafatı”na layiq görülüb