Mehman Hüseynov bu dəfə ASAN-Xidmətdə saxlanılıb

“Şәxsiyyәt vәsiqәmi dә әlimdәn alıblar, ölkәdәn kәnar buraxmırlar”

Source:



Şәxsiyyәt vәsiqәmi dә әlimdәn alıblar, ölkәdәn kәnar buraxmırlar”

Dekabrın 1-də günorta saatlarında məşhur bloger Mehman Hüseynov yenidən saxlanılıb və polisə aparılıb. O, bu barədə Facebook səhifəsində yazıb ki, saxlanılmasına şəxsiyyət vəsiqəsinin saxta hesab olunması səbəb olub. Buna kimin və hansı əsaslarla qərar verdiyini ona bildirməyiblər.

İki həftə əvvəl Bakı aeroportunda Tbilisiyə getmək istəyərkən də Hüseynovun başına buna bənzər hadisə gəlib. Pasport yoxlamasından keçərkən ona pasportunun həqiqi olmadığını, daha doğrusu məlumatlar bazasında olmadığını bildiriblər. Oradan onu əli qandallı şəkildə dindirmək üçün polisə aparıblar. Araşdırmadan sonra məlum olub ki, pasport həqiqidir, lakin ona heç bir izahat verməyiblər və ya üzrxahlıq etməyiblər. İndi vəziyyət təkrarlanır.

Mehman Hüseynov 37-ci polis bölməsinə aparıldığını yazıb: “Vә belәcә dә şәxsiyyәt vәsiqәmi dә әlimdәn alıblar, ölkәdәn kәnar buraxmırlar, Bakında kәnar belә buraxmırlar. Әlimdә heç bir sәnәd yoxdur, bu o demәkdir ki, bu ölkәdә mәnim heç bir vәtәndaş hüququm artıq yoxdu”.

Ancaq bölmədə ondan izahat alıb azad ediblər.

“Turan İA”-ın baş verənlərlə bağlı şərh vermək xahişinə cavabda ASAN xidmətin mətbuat xidməti vəziyyəti araşdırıb, daha sonra məlumat verməyi vəd edib.

Xatırladaq ki, 2012-ci il iyunun 6-da Hüseynova qarşı xuliqanlıq ittihamı ilə cinayət işi başlanıb.

Bundan sonra o, dəfələrlə saxlanılıb və sərbəst buraxılıb, ölkəni tərk etməsi qadağan edilib.

Ana səhifəXəbərlərMehman Hüseynov bu dəfə ASAN-Xidmətdə saxlanılıb